Yataq otağını hərtəkətləndirməyin 7 yolu

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 3 157
Səs ver:
(səs: 0)
Bir məsələdə anlaşaq: Missioner mövqeyi möcüzəvidir. Daha əvvəl min dəfə istədiyiniz bir mövqeyi istifadə etmək bir şəkildə etimad verici və qənaətbəxşdir. Amma hələ də bir çoxumuzun istədiyi ancaq hələ ki, sınağa cürət edə bilmədiyimizmilyon dənə şey var.

Bəlkə mətbəx stolunun üstündə sevişmək istəyirsiniz ya da bəlkə sınamaq üçün can atdığınız gizli bir fetiş var. Ancaq qız yoldaşınızın cinsi zövqləri lapdan çox soft bir meyl göstərirsə, onu qorxutmamaq üçün bu cür məsələlərə rahat yaxınlaşa bilərsiniz. Əgər işləri bir az alovlandırmaq istəyirsinizsə, zövqünüzə xitab edəcək dəyişiklikləri qız yoldaşınızı narahat etmədən necə görəcəyinizədair bir neçə məlumatı burada tapa bilərsiniz. Elə Yataq otağına rəng qatan 7 yolu təqdim edirik:

1. Ona özünü daha seksi göstər
Bəli, hamının bildiyi bir şeyi demişik, amma xırdalamağa fayda var. Əgər tərəfdaşınız seksi şeylər etməsini istəyirsinizsə, ona özünü seksi hiss etdirməlisiniz. Siz onsuz da onun kifayət qədər seksi olduğunu düşünür ola bilərsiniz, amma bir neçə komplimentin kimsəyə zərəri olmaz. Partnyorunuz özünü nə qədər seksi və güclü hiss edərsə yeni şeylər sınamaq məsələsində özünə o qədər güvənəcək.

2. Addım addım irəliləyin
Məsələyə birbaşa girmək və sevgilinizlə anal şeylər sınamaq mövzusunda çox istəkli olduğunuzu demək onu mütləq qorxudacaq. Əgər soft sevişməyə vərdiş edibsə, ya da yeni mövqelər sınamaq məsələsində utancaqdırsa, onu birdən birə, daha çılğın şeylərin içinə atmayın. Hər addımda özünə güvənməsini təmin edin, beləliklə, yeni bir mövqe və ya bir seks oyuncağı - nəyi sınamaq istəyirsinizsə ona daha asan olar.

3. Ona nələri sevdiyinizi söyləyin
Yataqda yeni bir şey sınamaq istəyirsiniz dedikdə, tərəfdaşınız indiki cinsi həyatınızdan razı olmadığınızı düşünmə ehtimalı var. Həqiqətən belə hiss edir olsanız belə, onu incitmək və ya özünü inamsız hiss etməsinə səbəb olmaq istəməzsiniz. Cinsi həyatınızda həqiqətən sevdiyiniz şeyləri deyib onları ucaltmaq, qapıları açmağınıza kömək edəcəkdir.

4. Açıq olun
Nə istədiyinizi açıq deməyin özü bir davranışdır. Ancaq qız yoldaşınıza yataq otağında daha çox həyəcan istədiyinizi demək, xüsusilə də bu məsələlərdə utancaq olan biri üçün çox qeyri-müəyyən bir hərəkətdir. Ona ədəbsiz söhbətlər (dirty talk) aparmaq istədiyinizi demək yaxşı bir başlanğıc, lakin daha əvvəl etməyibsə necə davranması lazım olduğunu düşünün. Ona bu mövzuda ipucu verin və yardımçı olmağa çalışın. İstiqamətləndirmək üçün suallar verin. Birlikdə porno izləməyi təklif edin. Seks oyuncaqları istifadə edib istifadə etmək istəmədiyini öyrənin. Əgər ipləri əlinə alarsa, qoy davam etsin. Bu qarşılıqlı mübadilə kimi olar.

5. Onun fantaziya dünyasına daxil olun
Yataq otağınızdakı həyəcan səviyyəsinin qalxması yəqin ki sizin öz şəxsi istəkləriniz haqqındadır. Amma qız yoldaşınızın da arzularını paylaşmasına icazə versəydiniz, bu, ara səmimiyyət, inam və rahatlıq səviyyəsini də yüksəldəcəkdir. Qız yoldaşınızı, onu təhrik edən şeyləri bölüşməsi üçün təşviq edin. Onun istəklərinə və arzularına xitab edərək yanaşmaq onun özünə güvənməsini və bu yaxşılığı qarşılıqsız əl çəkməməsini təmin edəcəkdir.

Kifayət qədər hazır olmalısınız, çünki xoşladığı şeylər sizin ona vermədiyiniz şeylər də ola bilər.

6. Güvənsizlik hissləriniz haqqında danışın
Çılpaq olmaq, bədəninizin başqa bir bədənlə təmas etməsi bu bir az həyəcanlı və çətin bir duyğu olabilər. Əgər qız dostunuz yataqda utancaqdırsa, sizin də özünüzü utancaq hiss etdiyiniz məsələləri onunla bölüşmək, ona özünü yaxşı hiss etdirəcəkdir. Hamımızın müəyyən məsələlərdə inamsızlıqları var və tərəfdaşınız sizinkilərdən bir neçəsini bilsə, özünü cinsi mənada sizə daha yaxın hiss edə bilər.

7. Yox hər zaman yox deməkdir
Məhz siz soruşdunuz deyə sizə bəli demək məcburiyyətində deyil. Əgər yox desə, qərarına hörmət etmək məcburiyyət və ya bu əlaqənin sizə uyğun olub olmadığını təkrar düşünmək lazımdır. Kimsə bir əlaqə içərisində özünü narahat hiss etməməli, xüsusən də yataq otağında. Öz xoşbəxtliyiniz ən azı oqədər əhəmiyyətli olduğunu ağlınızdan çıxarın. Əgər kimsə istədiyini alabilmirsə, bəlkə də, öz yolunuza davam etməyin zamanı gəlib deməkdir. Ancaq unutmayın ki, rabitə, açıqlıq, dürüstlük və etimadın olduğu bir münasibət qəribə bir seks həyatının da bərabərinə gətirir. Danışmaqdan və soruşmaqdan çəkinməyin.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri