İncildə nigahdan əvvəl intim əlaqə haqqında nə deyilir?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 11 138
Səs ver:
(səs: 0)

 

 

Bütün növ cinsi əxlaqsızlıqlarla yanaşı, nigahdan əvvəl intim əlaqədə olmaq və ər-arvad kimi yaşamaq Kəlam tərəfindən dəfələrlə mühakimə olunub (Həvarilərin İşləri 15:20; Romalılara 1:29; 1Korinflilərə 5:1; 6:13,18; 7:2; 10:8; 2Korinflilərə 12:21; Qalatiyalılara 5:19; Efeslilərə 5:3; Koloslulara 3:5; 1Saloniklilərə 4:3; Yəhuda 7). Müqəddəs Kitab nigaha qədər özünü saxlamağı deyir. Nigahdan əvvəl intim əlaqə zinakarlıq və cinsi əxlaqsızlığın digər formaları kimi səhvdir, çünki bunların hamısı insanı evlilikdən əvvəl cinsi əlaqədə olmağa cəlb edir. Yalnız ər-arvad arasındakı intim əlaqə Allahın verdiyi intim münasibət kimi təsdiq olunub (İbranilərə 13:4).

Bir sıra səbəblərdən nigahdan əvvəl intim əlaqə çox geniş yayılıb. Çox vaxt biz fikrimizi intim əlaqənin “bərpa”sına yönəltməmiş, onun “əyləncə”li tərəflərinə yönəldirik. Bəli, intim əlaqə çox xoşagələndir. Allah bunu bu cür yaradıb. O istəyir ki, kişi və qadın intimual münasibətdən həzz alsın (bunu nigah daxilində məhdudlaşdırır), baxmayaraq ki, intimin əsas məqsədi həzz deyil, artımdır. Allah qanundan kənar olan intim əlaqəni bizim əlimizdən oğurlamaq istəmir. O, bizi arzuolunmaz hamiləlikdən, valideynləri tərəfindən istənilməyən uşaqların doğulmasından və ya buna hazırlıqsız olmaqdan qorumaq istəyir. Təsəvvür edin ki, əgər Allahın intim əlaqə haqqındakı nümunəsinə riayət olunsaydı, dünyamız nə yaxşı olardı: daha az cinsi yolla yoluxmuş xəstəliklər, daha az ailə qurmamış analar, daha az arzuolunmaz hamiləliklər, daha az abortlar və s. Ailə qurmamışdan öncə intim əlaqəyə qarşı Allahın istəyi özünü saxlamaqdır. Özünü saxlamaq həyatları azad edir, körpələri qoruyur, intimual münasibətlərə düzgün dəyər verir və ən vacibi Allahı izzətləndirir.

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 11 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri