Öpüşün 5 qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 39 580
Səs ver:
(səs: 5)


İlk dəfə öpüşərkən hansı qaydalara riayət etmək lazımdır? Öpüşün yeni 5 qaydasını öyrənmək istəyirsinizmi?
Dodaqlarınız ilk dəfə öpüş üzü görürsə… Dünya həmin andan etibarən dəyişməyə başlayır… İlk anda yaşadıqlarınızını ifadə etmək çətin və olduqca həyəcanlıdır.
Sevgiliniz sizin öpüşünüzdən məmnundur?
Münasibətlər arasında ilk öpüş çox əhəmiyyətlidir. Çünki bu sizin gələcək münasibətlərinizə də birbaşa təsir göstərir. Aparılan araşdırmalara görə, ilk öpüşdən hər iki tərəf razı qalarsa, onların əlaqələri daha uzun ömürlü olur.
Doğru zaman
Öpüşlə balğlı sual doğuran ilk məqam doğru zamanın nə vaxt olduğudur. Çünki qarşı tərəf əks reaksiya verə bilər.  
Yaxşı nə vaxt öpüşmək lazımdır? Araşdırmalara görə qadınların çoxu 2-ci  görüşdən sonra özünü özünü öpüşməyə daha hazır hiss edir. Bundan başqa qadını qapısına qədər yola salanda o yaxşı bilir ki,  siz  onu öpəcəksiniz lakin bu hərəkəti gözlənilmədən etmək lazımdır. Çünki bu zaman o daha çox xoşbəxt olur.
İlk öpüş hər zaman qarşı tərəfdə həyacan doğurmalıdır. Yaradıcılıq və sürpriz faktoru sizə müsbət bal qazandıracaq. Romantik əhvalınız olduğunu hiss etdiyiniz zaman əslində yer və zaman çox  da əhəmiyyətli olmayacaq.
Kişi və qadın birlikdə lider olmalıdır
Qadın ilk öpüşün hər zaman kişidən gəlməsini gğzləyir. Lakin kişilər bunun qadın tərəfindən edilməsindən də çox xoşlanır. Bu kişilərə çox böyük təsir göstərir və heç zaman unuda bilmirlər. Həmişə surpriz, həm də gözlənilmədən edilən öpüş kişilərə çox təsir edirmiş.
Sonra...
İlk  dəfə öpüşən cütlüklər bunun uzun çəkməsini istəyir. Lakin belə bir vəziyyət sizin kobud və tələsikçi olduğunuzu göstərə bilər. Qadınlar üçün ilk öpüşün aqressiv və sulu olması ən pis hesab edilir
Şəhvət...
İlk öpüşün üçün standart öpüş kafi hesab olunur. Amma bir çox kişi və qadın tərəfindən verilən cavablarda əlavə romantizm və manevrlər öpüşün ehtiras dərəcəsini artırır.
Qəribəlik
Qızı öpməmişdən əvvəl saçı və yanaqları ilə oynamğınız onun xoşuna gələcək. Lakin başqa orqanları ilə oynamaq və əlləmək heç məsləhət görülmür.
Nəticə olaraq:
Orijinallıq hər vaxt ilk öpüşlər üçün uyğun deyil. Unudulmayan bir öpüş istəyirsinizsə, içinizdəki sevgini romantik anlar bəxş edərək yaşadın.

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 39 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri