Qadına intim həyat lazımdırmı?

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 5 788
Səs ver:
(səs: 1)
İntim həyat, seksual münasibətlər hər zaman aktual mövzu olaraq qalır. Bu mövzuda cəmiyyət içində dillərdə bir neçə mif dolaşır.

Mif 1. Seks kişilərin fizioloji tələbatıdır. Qadınlar isə tamamilə sekssiz yaşaya bilərlər.

Həqiqət isə belədir.
Həqiqətdə kişilər seksual yaşama daha çox ehtiyac duyurlar. Xüsusilə Tarxanov simptomu deyilən bir simptom var. Bu simptoma görə gec-gec seksual yaşamı olan kişilərdə sprema yığımı artır və seksual oyanıqlır yüksəlir. Bu hal kişini aktiv intim yaxınlıq axtarmağa məcbur edir və o bu halda bütün variantlarından istifadə edir.

Qadınlarda isə seksual istək birinci növbədə hormonal dəyişmədən aslıdır. Məsələn, mensturasiya qabağı bu istək artır. Qadınların seksual tələbatı onların həm də yaş dövrlərinə görə dəyişir. Ümumiyyətlə isə, qadınların seksual istəyi onların emosional vəziyyətlərindən aslıdır.

Mif 2. Qadınlar seksə ehtiyac duymurlar. Onlar daha çox intim yaxınlıq kimi kişinin qadınına diqqətli olub, ona minnətdar olması ilə razılaşırlar. Düzgün deyil.

Həqiqət isə belədir:
Hər iki cinsin psixi və seksual sağlamlıqları onların özlərindən aslıdır. Hər hansı səbəb olmadan heç bir cins seksdən imtina etmir və etməz. Seksuallıq insan psixikasının ayrılmaz tərkibidir. Əksinə, seks qadın və kişinin qarşılıqlı münasibtlərinin ayrılmaz hissəsidir.

Mif 3. Qadın kişi ilə hər hansı intim yaxınlıq olmadan arxayın yaşaya bilər.

Düzgün deyil.
Seksual yaşamın olmaması ciddi problemdir və bu problemin səbəblərini araşdırmaq çox vacibdir. Çünki seksual yaşam həm də bir sıra funksiyaları yerinə yetirir. Seksual həyatın olması hər iki cinsdə birinci növbədə həzz hissini yaradır, özünü təsdiq və nəsil artımıdır və nəhayət romantikadır. Ən əsası isə seksual yaşam sevginin ifadəsidir. Qadın arzuolunan olduğunu hiss etməlidir. Arzuolunan olmaq qadının emosional vəziyyəti üçün, özünü bütün hallarda yararlı və dəyəli hiss etməsi üçün və özünü qiymətləndirməsi çox vacib amildir. Əgər qadın seksdən məhrumdursa, o, sosial sferada nə qədər uğurlu qadın olursa olsun, şüuraltı olaraq özünü əksik hiss edəcək. Bu isə qadına özünü qiymətləndirədə mənfi təsir edəcək, hətta onda ruh düşkünlüyü, depressiya, tənhalıq hissi və digər neqativ hisslər yaranmasına səbəb olacaq.

Mif 4. Davamlı seksual həyat kişi sağlamlığı üçün vacib amildir, qadın sağlamlığı üçün vacib xarakter daşımır.

Həqiqət isə belədir:
Seksual həyat qadının sağlam həyatı üçün çox vacib amildir. Seks və onun qanuni kuliminasiya həddi olan orqazmın yaşanması – qadında yarana biləcək ginekoloji və onkoloji xəstəliklərə qarşı çox böyük profilaktikadır. Nahaq yerə ginekoloq və onkoloqlar qadınlardan birinci növbədə davamlı cinsəl həyat yaşayıb, yaşamadıqlarını soruşmurlar. Cinsəl həyatın olmaması qadının həm emosional dayanıqlığına, həm də cismani sağlamlığına mənfi təsir göstərir.


Mif 5. Qadının yaşı artdıqca o yataqda daha ehtiraslı olur.

Düzdür:
Qadının seksual istəyi həqiqətən onun bioloji yaşından aslıdır. Qadının seksual istəyində daha çox aktivlik 30- 35 yaş dövründə müşahidə olunur. Bu proses klimaks dövründə də özünü göstərir.

Mif 6. Qızlar cinsəl həyata nə qədər gec başlasalar, bir o qədər yaxşıdır.

Düzgün deyil.
Bir sıra tədqiqatlar nəticəsində sübut olunub ki, 13-14 yaşlarında cinsəl həyata başlayan qızlarda hamiləlik vaxtı yumurtalıq boynunun xərçənginə yoluxmaq risqi daha yüksəkdir. Eynilə də, cinsəl həyata gec başlamaq da o cümlədən təhlükəlidir.

Əvvəllər libidonun inkişaf mərhələsi 17-18 yaş dövrü olaraq müəyyənləşmişdi. Bu yaş dövrü cinsəl həyata başlamaq üçün, həm fizioloji, həm də psixoloji inkişaf baxımından ən optimal dövr hesab olunurdu. Akselerasiya ilə əlaqədar olaraq (akselerasiya- bioloji inkişafın sürətlənməsi) cinsi həyata başlamaq yaş dövrü get –gedə aşağı düşməyə başlayıb. Müasir dövrdə artıq seksoloqlar 16 yaşda seksual həyata başlamağı normal hesab edirlər. Bakirəliyin itirlməsi dövrünün həm qadınlarda, həm də kişilərdə seksual normalardan gec baş verməsini seksoloqlar psixoseksual inkişafdan gerilik kimi qiymətləndirirlər. Bu o deməkdir ki, libido (seksual istək, ehtiras) yaş dövrünə görə inkişafdan qalıb. Bu tip insanlarda gələsək həyatlarında müxtəlif seksual disfunksiyalar meydana çıxa bilir.

Sevinc Abdullayeva
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 5 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri