121 arvadlı Çin imperatorunun riyazi YATAQ SİRLƏRİ - Birinci gecə imperatriçanın idi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 798
Səs ver:
(səs: 1)
Riyaziyyat tarixən qədim sivilizasiyaların inkişafında mühüm rol oynayıb. Qərb sivilizasiyasında riyaziyyatın tarixi Qədim Misir, Mesopotamiya və Qədim Yunanıstandan başlayır. Lakin bu dövlətlərin süqutundan sonra Qərbdə riyaziyyat bir neçə yüzillik ərzində inkişafdan qaldı. Bu dövrdə Şərqdə riyaziyyatın inkişafı yeni zirvələrə qalxdı.

Qədim Çində 9000 km uzunluğu olan Böyük Çin səddinin layihələşdirilməsində və inşasında riyaziyyat əsas alət rolunu oynayıb. Çin imperatorunun saray əhlinin həyatı rəqəm və riyazi ədədlərlə müəyyən edilirdi.

Riyaziyyat və planlaşdırılma
Qədim Çində imperator hərəmxanası sistemi hökmdar üçün çoxsaylı və layiqli varislərin dünyaya gəlməsini təmin etməli idi.

İmperatorun planları və qərarları təqvimə və planetlərin hərəkətinə uyğun qurulurdu. Riyazi modellər imperatorun gününün və hətta gecəsinin necə keçəcəyini müəyyən edirdi. Misal üçün, İmperatorun vəzirləri imperator hərəmxanısandakı qadınlardan heç birinin diqqətsiz qalmaması üçün müəyyən riyazi distur icad etmişdilər.

İmperatorun gecələrinin cədvəli həndəsi silsilə əsasında qurulmuşdu. Əfsanəyə görə, imperator 121 qadından ibarət hərəmxanasının hər bir üzvü ilə 15 gecədən ibarət dövr ərzində yatmalı idi.

İmperatorun 121 qadını bunlar idi: imperatriça, üç böyük arvadı, doqquz digər arvadı, 27 məşuqəsi və 81 kənizi.

Qadınların hər bir növbəti qrupu əvvəlki qrupdan sayca üç dəfə çox idi. Birinci gecə imperatriçanın idi. Sonrakı gecəni imperator üç böyük qadını ilə keçirməli idi. Üçüncü gecə qalan doqquz arvad üçün idi. Daha sonrakı üç gecəni imperator 27 məşuqəsi ilə keçirməli idi - hər gecə onun yanına 9 məşuqəsi gəlirdi. Qalan gecələri isə imperator kənizlərilə keçirirdi - hər gecə onun yanına yenə də doqquz kəniz gəlirdi.

Əfsanəyə görə, riyaziyyat Çinin əfsanəvi Huanq Di və ya Sarı İmperatorunun hökmülə eramızdan 2800 il əvvəl yaradılıb.

Bu cür "cədvəl" imperatorun, hərəmxanasının "yüksək ranqlı" qadınları ilə gecəni ayın bədirlənməsi dövründə keçirməsini təmin etməli idi. Nəticədə, Çin fəlsəfəsində qadın gücünün "in" adlanan pik dövrü və imperatorun "yan" kişi gücünə uyğun gəlməli di.

İmperatorun vəzirləri belə cədvəl tutmaqla ilk növbədə imperatorun layiqli varislərinin, daha dəqiq deyilsə, mümkün varislərdən ən yaxşısının dünyaya gəlməsini təmin etməyə çalışırdılar.

Digər dövlət işləri də riyaziyyat əsasında aparılırdı.

Riyaziyyata maraq

Rəqəmlərin sehrli gücünə Çində bu gün də inanırlar.

Çində 10 rəqəmi əsasında qurulan hesablama sistemi Qərblə müqayisədə 1000 il əvvəl istifadə olunmağa başlanıb. Əfsanəyə görə, riyaziyyat Çinin əfsanəvi Huanq Di və ya Sarı İmperatorun hökmü ilə eramızdan 2800 il əvvəl ilahi qüvvələr tərəfindən yaradılıb. O dövrdə çinlilər rəqəmlərin kosmosdan Yerə göndərildiyinə inanırdılar.

Rəqəmlərin sehrli gücünə Çində bu gün də inanırlar. Tək ədədlər kişi mənşəli, cüt ədədlər isə qadın mənşəli sayılır.

4 rəqəmindən Çində hamı kənar durmağa çalışırsa, 8 rəqəmi, əksinə, Çində xoşbəxtlik gətirən rəqəm sayılır.

Eramızın VI əsrində Çində irəli sürülmüş ədəd qalıqlarına dair riyazi teorem astronomiyada istifadə olunub, planetlərin hərəkət trayektoriyasının hesablanmasına tətbiq edilib.

Həmin nəzəriyyədən indiyədək istifadə olunur, misal üçün, internet şəbəkələrində məlumatların kodlaşdılrılması üçün.

Məqalənin müəllifi - Marcus du Sautoy, Oxford Universitetinin riyaziyyat professoru və BBC-nin "Riyaziyyat tarixi " adlı proqramının aparıcısı.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 798
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Yox artiq kiside ferasete bax sen
29 may 2019 15:32
5
Perfect
Offline
KRALİCEM
Sitat: BARBI
Yaziq kral onuda teqvimle edir.Esl exlaqsizliq.Ele o vaxtdan pozgunluq bas alib gedir
29 may 2019 11:33
4
sukur verdiklerine
Offline
vipbetul
n qeribe o qederde arvad olar biyabirciliqdiye
29 may 2019 10:43
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love-Girl
shoksen imperatordaki ferasete baxe. Yaman eziyyet cekib yazig olmamiwshok
29 may 2019 04:10
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
BARBI
Yaziq kral onuda teqvimle edir.Esl exlaqsizliq.Ele o vaxtdan pozgunluq bas alib gedir
28 may 2019 23:33
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri