Qədim dünyanın dəhşətli seks macəraları - Maraqlı FAKTLAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 879
Səs ver:
(səs: 0)
Bu gün dünya qadınlarının həyatını təhlükəyə atan ginekoloji prosedurlardan biri də abort və doğumdur. Çox vaxt arzulanmayan övladı dünyaya gətirməmək üçün həyata keçirdilən abort, yaxud elə gözlənilən hamiləliyin sonunda doğum prosesi qadının öz həyatını da riskə atır. Tibb və texnologiyanın inkişaf etdiyi çağdaş dövrdə bu qədər təhlükəyə yol açan doğum və abortlar qədim dövrlardə daha çox qorxulu olub.

Qadinla.com xəbər verir ki, qədim sivilizasiyaların insanları üçün cinsi əlaqə ilk növbədə nəsil artımı məqsədilə vacib idi.

Belə ki, övladı dünyaya gələn cütlüklər ətrafdakıların dərin hörmətini qazanırdılar.

Yüngüləxlaqlı ərli qadınlar isə, hamiləliyi həyatlarının ən zövqlü dövrü hesab edirdilər. Məsələn, İmperator Avqustun qızı Yuliya deyirdi ki, ərimdən başqa digər kişilərlə də rahat münasibətdə olacağım üçün hamiləliyimi səbirsizliklə gözləyirəm.

Antik dövrün insanlarının böyük elmi bilikləri olmadığı üçün ginekologiyanın incəliklərindən də xəbərsiz idilər. Bu səbəbdən də, bir çox qadın xəstəlikləri yayılırdı. İnfeksiyalar qadınlara cinsi yolla da keçirdi.

Qədim Roma şairi Katulla yazırdı: "Cinsi yolla insanlar bir-birinə nəinki xəstəliklərini hətta öz qoxularını ötürürlər".

Həmin zamanda yaşamış tarixçi-təbib Böyük Plininin bugünədək gəlib, çatmış əlyazmalarında sözügedən dövrün doğuşlarına aid faktlar toplanıb. Təbib düşünür ki, qız uşağını dünyaya gətirmək, oğlandan qat-qat çətindir. Doğuşu sürətləndirmək üçün Plini qadının qarnı üzərinə kaftarın sağ pəncəsini kəsib qoymağı təklif edirdi. Bu rəmzi məna daşıyırdı. Çünki kaftar ən sürətli qaçan heyvanlardan biridir. Tarixçi həmçinin qaz nəcisini içməyin doğumu sürətləndirdiyini və asanlaşdırdığını düşünürdü.

Doğum anında ağrıkəsici kimi isə donuz uşaqlığını, bal və şərab qarışımı içməyi tövsiyə edirdi. Bu primitiv üsullar müasir ginekologiya elmində rişxəndlə qarşılanır.

Qədim Roma və Yunanıstanda hər gün doğum zamanı saysız hesabsız ana və körpə ölümü baş verirdi. Odur ki, qadınlar arzuolunmaz hamiləlikdən qorunmağın yollarını axtarırdılar. Hamilə qalmaq, dövrün fahişələri üçün də ən böyük faciə idi. Abort isə, çox zaman qadını ya şikəst edir, ya da, ölümü ilə nəticələnirdi. Yeganə ümid hamiləliyi sonlandıran, kontraseptiv həblər idi.

"Qadın təbiəti haqda" traktatında Hippokrat bunun üçün tərkibində bal olan bir neçə həb resepti təklif edir. Bal bugün də arzuolunmaz hamiləliyi sonlandırmaq üçün ən effektiv təbii vasitə sayılır.

Antik yunan alimi Soranus isə, öz "Ginekologiya" əsərində bir sıra qadın problemlərinə toxunur. O, kontraseptiv həb kimi nar qabığını məsləhət görür. Soranusun reseptləri arasında bir sıra tamponlar da var ki, qadın orqanizmi üçün ölümcül təhlükə yarada bilər.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 879
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
vipbetul
oxumadim maraqlui gelmedi
Dünən, 10:42
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Heqiqeten o zamanlar cox guclu vasiteler olub.Sadece o zaman tibb inkisaf etmediyi ucun ele hadiseler bas verib
12 iyun 2019 09:29
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Maraqlı xəbər idi təşəkkürlər
12 iyun 2019 09:00
2
Perfect
Offline
beasloove
Salam qızlar. Maraqlı melumat idi. Allaha şükürlər olsun ki texnologiyanln inkişat etdiyi dövrdə yaşayırıq.

Bu arada doğurdanmı bal hamile olmağa qoymur?
12 iyun 2019 01:19
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri