2019-cu ilin seks trendləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 8 135
Səs ver:
(səs: 0)
Bu il populyarlıq qazanması planlaşdırılan seks trendləri analiz edilib.

Qadinla.com xəbər verir ki, analizi həyata keçirən lüks seks oyuncaqları brendi “LELO”nun təhlili aşağıdakı kimidir:

Sərbəst münasibətlər və siyasət:

İnsanların sadəcə bir partnyorla doymadığı münasibətlər 2019-cu ildə populyarlıq qazanacaq. Daha öncə qapalı otaqlarda danışılan bu mövzular artıq tabu olmaqdan çıxıb. Bunda “Bozun 50 çaları” filminin xüsusi rolu var.

Feminizm:

Feminist qadınların son illər artması, bu il qadın və kişi münasibətlərinə də təsirsiz ötüşməyəcək. Qadınlar həyatlarına kişilərə həsr etmək yerinə, başqa məşğuliyyətlər tapacaqlar.

Seks kuklaları:

Seks kuklalarının populyarlığı azalsa da, onlardan qurtulmaq hələ də mümkün deyil. Ötən il seks kuklalarından ibarət yerlərin fəaliyyət göstərməsi də buna misaldır. Düzdür, bu məkanlar dəfələrlə bağlanıldı, ancaq bu, başqa bir mövzudur. 2019-cu ildə sözügedən seks kuklaları daha da təkmilləşdiriləcək və onlara xüsusi özəlliklər gələcək.

Kişi seks oyuncaqları:

“LELO” bildirir ki, kişilərin seks oyuncaqlarına olan tələbatı artıb. Bu, 2019-cu ildə də davam edəcək.

Süni zəka:

Bu il süni zəka ilə təkmilləşdirilmiş seks kuklaları yataq otaqlarını bəzəyəcək. Tezliklə bu oyuncaqlar insanın xüsusiyyətinə uyğun davranmağı öyrənəcək və ona zövq verəcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 135
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri