Dünyanın ilk ağıllı prezervativi - USB, bluetooth bağlantısı belə var

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 203
Səs ver:
(səs: 0)
İngiliz şirkəti ağıllı prezervativ hazırlayıb.

Daily Mail-də yer alan xəbərdə, iddiaya görə ağıllı prezervativlər kişinin cinsi əlaqə zamanı nə qədər kalori sərf etdiyini, cinsi yolla keçən infeksiyaları ölçə bilir.

Yataq otağının ilk geyilə bilən texnoloji məhsulu “İ.Con” adlı prezervativlər cinsi əlaqə zamanı əldə edilən məlumaları digər insanların informasiyaları ilə müqayisə edə bilmə imkanına malikdir. Yəni kişilərin cinsi bacarıqlarını dəyərləndirəcək bütün sitatistikalar cihazda toplanır.

Məlumatlar arasında cinsi əlaqənin müddəti, yandırılan kilo kalori, həmçinin cinsi yolla keçən xlamidiya və sifliz infeksiyalarını aşkar etmək kimi bir çox informasiyaları əldə etmək mümkündür. Lakin cihazın etibarlı yerdə saxlanılması lazımdır.

Satışa çıxarılar-çıxarılmaz artıq 96 min insan məhsul üçün sifariş verib. 59.99 avroya satılan cihazın zərif və suya dayanıqlı olduğu bildirilir. Hətta USB bağlantısı olan prezervativ 6-8 saat ərzində enerji toplayır.

Lakin mütəxəssislərin ağıllı prezervativlərlə bağlı xəbərdarlığı da var. Belə ki digər ağıllı cihazlarda olduğu kimi bu yeni texnologiyanın da çox asanlıqla haker hücumuna məruz qalma təhlükəsi vardır.

Dünyanın ilk ağıllı prezervativi - USB, bluetooth bağlantısı belə var
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri