Kişilər niyə sevişmək istəmir?

Müəllif: diablo
Şərhlər: 1
Baxılıb: 3750
Səs ver:
(səs: 0)
Kişilər bəzən cinsi münasibətdə istəksiz və ya sizdən uzaq qaça bilər. Lakin bu hal son zamanlar tez-tez təkrarlanırsa, diqqətli olun, səbəbi başqa bir şey ola bilər.

Münasibətlərin başlanğıcında sevgilinizlə yataqda çox vaxt keçirdiyiniz üçün bunu düzəltməyə ehtiyac duymaya bilərsiniz. Amma aradan aylar, illər keçdikcə artan yaxınlıq nəticəsində hormonların səviyyəsində yaşanan enmə təbii olaraq cinsi münasibətlərdə daha az əhəmiyyət daşımağa başlayacaq. Bu həyatınızdan tamamilə çıxacağı və sizin heç vaxt birlikdə olmayacağınız mənasına gəlmir.

Qadınla.Com cinsi əlaqənin azalmasına səbəb olan və ən çox rast gəlinən səbəbləri məsləhətləri ilə birlikdə təqdim edir:

1 – Stress

Yorğun, tükənmiş və ya stresli vaxtlarda kişilərin cinsi istəklərində azalma yaşana bilər. Əgər sevgiliniz ağır bir dövr keçirirsə, ailəvi bir problem yaşayırsa, cinsi əlaqə ağlının ucundan belə keçmir.

Yaşadığı stresin onun cinsi münasibətlərinə təsir etdiyini ona bildirməyin. Çünki yaşadıqları ilə yanaşı sizi xoşbəxt edə bilmədiyini görmək özünü daha da pis hiss etməsinə səbəb olacaq. Həmin vaxtlarda anlayışlı olun, boynunu masaj edin və ya evə gəldiyi zaman sakitləşdirici musiqi ilə dincəlməsinə şərait yaradın. Bu şəkildə onun diqqətini üzərinizə çəkə bilərsiniz.

2 – Sizə hirslidir?

Kişilər hirsli olduqları zaman qışqırmaqla yanaşı, səssizcə özlərinə də qapanarlar. Bu eyni zamanda cinsi münasibətdən də özlərini uzaqlaşdırma deməkdir. Hirs, qəzəb aranızdakı alovu söndürə bilər.

Əgər onu hirsləndirəcək nəsə etmisinizsə, belə olan halda onunla sevgili olun, həyatınızda yeri olduğunu ona hiss etdirin. Bir kişini ağıldan çıxartmağın, buzlarını əritməyin ən asan yolu arzulandığını hiss etdirməkdir.

3 – Bağlanmaqdan qorxur!

Bəlkə birlikdə yaşamaqdan və ya gələcəklə bağlı planlarınızdan danışmısınız? Bunun kimi mövzular qadına möhkəm bağlı olan kişini belə həyəcanlandırır. Cinsi münasibət kişilərin yaxınlıq, bağlılıq hissinə toxunar, münasibətlərinə qərar verildiyi zaman fikirlərini cəmləmək üçün özünü sizdən uzaqlaşdırar.

Bu kimi mövzuları mümkün olduğu qədər sonraya saxlayın. Bunlara toxunmaq onun daha da hürkməsinə səbəb olacaq. Ən gözəli gələcəklə bağlı fikirlərinizi ona çatdırmaq üçün dostunuzla danışarkən onun eşidə biləcəyi tərzdə bu münasibətlərdə tələsmədiyinizi dilə gətirin. Bundan sonra beynindəki həyəcan siqnalı sönmüş olacaq və sizə yenidən yaxınlaşacaq.

4 – Yataqdan özünə əmin deyil!

Son zamanlar içdiyi içkilərin performansına təsir etmiş olması və ya sizin yataqda zövq aldığınızı görməməsi özünə olan güvənini sarsıda bilər. Cinsi münasibət bir kişinin özünü kişi kimi hiss etməsini təmin edən ən vacib ünsürdür. Sizi xoşbəxt etmədiyini düşündüyü zaman özünü əksik hiss etməsinə səbəb olacaq. Nəticədə uğursuzluq qorxusu onun sizə yaxınlaşmasının qarşısını ala bilər.

Yataq otağından başqa yerdə qalan bütün məsələlər, münasibətlər yolundadırsa, performans qorxusu yaşadığını anlaya bilərsiniz. Odur ki, ona yataqda fərqli davrandığını dilinizə gətirməyin. Bunun yerinə yataqda sizə etdiyi və sizi başdan çıxardığı şeyləri söz arasında ona bildirin. Sizi xoşbəxt etdiyini eşitmək onun hormanlarını canlandıracaq
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3750
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Marsell
Cox diger sebebler ola biler mencede esas faktorlar bunlardı
24 fevral 2020 01:40
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri