Seksdən daha çox həzz almaq üçün 7 TÖVSİYƏ

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 5739
Səs ver:
(səs: 1)
Bir çoxları cinsi həyatda özünü xoşbəxt hiss etmir.

Gündəlik həyatda tərəf müqabili ilə bütün mövzularda razılığa gəlsə də, yataqda anlaşa bilməyən həyat yoldaşları çoxdur. Mütəxəssislər bunun bir yolu olduğunu deyirlər: yataq otağını canlandırmaq. Qadınla.Com yaxşı seks üçün 7 tövsiyə təqdim edir.

1. Düşüncələrinizi paylaşın
Gecəyə dair gözləntilərinizi tərəf müqabilinizlə paylaşaraq bir-birinizin istəklərini öyrənin. Yaxşı bir seks qarşılıqlı zövq almaqdan keçir. Sizin zövq nöqtəniz onu sizin qədər həyəcanlandırmaya bilər. Ona görə də onunla açıqsözlü olun, onunla romantik, yoxsa dəli bir gecə keçirmək istədiyinizi bildirin.

2. Ona işarə verin
Onunla gəzməyə gedəndə alt paltar geyməyin. Bunu uyğun bir zamanda qulağına pıçıldayın. O an sizinlə sekslə məşğul olmaq üçün can atacaq, bir an əvvəl yataq otağının yolunu tutmaq istəyəcək.

3. Yataq otağınızı canlandırın
Yataq otağı yalnız sizə məxsus xüsusi otaqdır. Buradakı yastıqlar belə, həzz verən bir seks üçün olduqca əhəmiyyətlidir. Yastıqlarınızın yumşaq olmasına, otaqdan gözəl iy gəlməsinə diqqət edin. Şamlarla otağınıza canlılıq qatmaq da yaxşı fikirdir.

4 Gözlərinizi bağlayın
Yaxşı seksin olmazsa olmazlarından biri də həyəcandır. Seks oyuncaqlar əldə edib otağınızda saxlayın. Bunlarla gecənizə həyəcan qatın. Gözlərinizi bağlayaraq da bu həyəcanı yaşaya bilərsiniz.

5. Müxtəlif pozalar seçin
Davamlı eyni mövqelərdə sekslə məşğul olmaq monotonluq yaradır, darıxıdırıcı seks yaşamağınıza səbəb olur. Ona görə də fərqli pozaları sınaqdan keçirin və seks həyatınıza rəngarənglik qatın. Hətta xəyalınızda qurduğunuz pozaları bir kağıza da qeyd edə bilərsiniz.

6. Sizi duymasına icazə verin
Seks zamanı nəfəsinizi tutmanıza, tərəf müqabilinizin sizi duymaması, hiss etməməsi üçün əzələlərinizi gərməyinizə ehtiyac yoxdur. İcazə verin o, sizi eşitsin. Bundan başqa, tərəf müqabilinizi sevgi sözlərindən məhrum etməyin.

7. Rahat olun
Ən əhəmiyyətlisi rahat olun və səmimiyyətinizi əskik etməyin. Özünüzə güvənin və bu etibarı tərəf müqabilinizin də hiss etməsinə çalışın. Əgər rahat və səmimi olmasanız, seksdən həzz ala bilməzsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5739
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
❤Nilay❤Canan❤
Xeber ucun tskk..
Sadece onu deye bilerem ki ..o ki deyirsiz he uşaq var bu saytda uşaq gormurki beyem bu xeber seks haqqindadi..hemin xeberi otub kecsin oxumasin vacibdi hemin xeberi oxuyun serh yazmaq.Gelinler oxusun bu xeberi...
25 mart 2020 01:21
5
canan qizim sirin seker qizim.
Offline
_Tək_ İL_
Əksinə məlumatlandırıcı xəbərdir. Məlumat üçün təşəkkür
24 mart 2020 17:15
4
Şirin
Offline
diablo
Sitat: LuNa
Melumatım olduğu qederi ile saydımızda 9-13 yaşında az yaşlı qızlarımız var Beli dolğun xanımlar , aileli xanımlarımız var az yaşlı uşaqları da nezere almaq lazımdır . Mariflendirici melumat olduğunu anlayıram xebere şekil secerken acıq -sacıq popa şekillerine müellifler diqqet etsin xahiş edirem . Teşekkürler

Saytın adı Qadınla.Comdur.Bu o dəməkdir ki,qadına dair hər bir xəbər ola bilər.Biz burda adminlərin bizə verdiyi bölmələrə uyğun xəbər göndəririk.Bura daxil olanlar özünü olgun sayırlar ki,burdadılar.Yoxsa uşaq saytları çoxdur.O ki,qaldı xəbərin şəklini adminlər seçir.Buyurun iradınızı bildirə bilərsiz!
24 mart 2020 17:01
3
......
Offline
Miss_Oxatan
Radiasiyanin tesirindendir bele xeberlerin cox olmasi bu aralar
24 mart 2020 16:22
2
#flatearth
Offline
LuNa
Melumatım olduğu qederi ile saydımızda 9-13 yaşında az yaşlı qızlarımız var Beli dolğun xanımlar , aileli xanımlarımız var az yaşlı uşaqları da nezere almaq lazımdır . Mariflendirici melumat olduğunu anlayıram xebere şekil secerken acıq -sacıq popa şekillerine müellifler diqqet etsin xahiş edirem . Teşekkürler
24 mart 2020 12:55
1
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri