Ərlə arvad arasında uzun müddət cinsi əlaqə baş verməmişsə..

Müəllif: Ay_işığı
Şərhlər: 1
Baxılıb: 7281
Səs ver:
(səs: 0)
Oxucu sual verir: Ərlə arvad arasında uzun müddət cinsi əlaqə baş verməmişsə (kişi bunu istəmədiyi üçün), bu halda kəbin pozulmuş sayılır?

Qeyd edək ki, ərlə arvad arasında oxunmuş kəbin yalnız üç halda pozula bilər: ər və ya arvad vəfat etdikdə, ər öz arvadına şəriətə uyğun şəkildə talaq verdikdə və ər talaq verməkdən imtina etdiyi halda səlahiyyətli din xadiminə müraciət etməklə talaq oxutdurula bilər. Bundan başqa hallarda kəbin öz qüvvəsində qalır və heç bir şərait kəbini ləğv edə bilməz. Doğrudur, şəriətə görə, ər öz cavan həyat yoldaşının həm iqtisadi, həm də cinsi tələbatını ödəməyə borcludur. Dörd ayda azı bir dəfə cinsi əlaqədə olmaq da kişinin vəzifələrindəndir. Əgər buna əməl etməzsə, günahkar sayılır, öz həyat yoldaşının haqqını pozmuş olur, səhvini düzəltməli və həyat yoldaşından halallıq almalıdır. Amma bununla kəbin pozulmaz. Yaxınlığın nə qədər müddətə tərk edilməsindən asılı olmayaraq, kəbin öz qüvvəsində qalır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri