Müsəlman qadının cinsi əlaqə üsulları

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 14 060
Səs ver:
(səs: 1)
Müsəlman Dünyada ilk dəfə müsəlman qadınları üçün seks-bələdçi kitabı satışa çıxarılandan sonra rekorda doğru yüksəlməkdə davam edir.

"The Guardian" xəbər verir ki, müəllif öz adını anonim saxlamağa üstünlük verərək, Umm Muladxat təxəllüsündən istifadə edib. 54 səhifəlik kitabda düzgün öpüşməkdən tutmuş seksual pozalara qədər bir çox intim mətləblər şərh olunur. "Halal kitab"ın müəllifi hesab edir ki, müsəlman qadınların öz cinsi həyatlarından zövq almağa haqları var və almalıdırlar.

Eyni zamanda kitabda ona da xüsusi diqqət çəkilir ki, müsəlman qadın yalnız öz əri ilə sekslə məşğul olmalıdır.

Dindar tənqidçilər müəllifi ittiham etməyə artıq macal tapıblar. Onların arqumenti budur ki, qızlar hər şeyi öz analarından öyrənirlər, bu, onlara lazım deyil!

"Mən şübhə edirəm ki, hansısa ana mənim qədər ətraflı izah edir", - deyə müəllif öz növbəsində tənqidçilərə cavab verib.

Tənqidlərlə yanaşı, bəzi müsəlman qadın təşkilatları kitabı tərifləyib və bəyan ediblər ki, kitab müsəlman qadınlara azadlıq verəcək və onları təhqiramiz intim yeknəsəqlikdən qoruyacaq. Xüsusilə, "Böyük Britaniyada Müsəlman Qadınların Şəbəkəsi"nin sədri Şaysta Qohir bildirib ki, İslamda seks haqda danışmaq yeni deyil, keçmiş alimlər də qadınların müxtəlif cür həzz almalarının vacibliyini vurğulayıblar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 14 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri