Alt paltarın rənginə görə seks analizi

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 28 989
Səs ver:
(səs: 15)
Ağ alt paltarı: Saflıq, təmizlik deməkdir. Ağ seksdə təcrübəsiz kişilərin üstün tutduğu rəngdir. Ağlıqda çəkingənlik var. Gün işığından istifadə etməmək, yəni qaranlıqda sevişmək, tərəf müqabili və ya həyat yoldaşının yanında lüt gəzməmək, işi yorğan altında sona çatdırmaq ağ rəngin arxasında duran məqamlardır. Bu rəngdə həddən ziyadəlik, bir neçə dəfə birlikdə olmaq, birlikdə olan zaman yorulmaq yoxdur, vəzifə yerinə yetirilir, sona çatdıqdan sonra cütlüklər arxalarını bir-birinə çevirib yatırlar. Təmizliyə meyllidir. Yatağa hər zaman hamamdan sonra girir. Əgər ağ rəngə atlas da qarışıbsa, vəziyyət bir az dəyişir. Bu zaman mühit daha seksual olur.

Boz: Həyatda çox adi və üstün tutulmayan rəngdir. Sanki ortada qalıb. Nə şərqlidir, nə qərbli. Boz rəngi sevənlərin harada və nə edəcəyi bəlli deyil. Yataqda isə bu, yaxşı məqamlara işarə edir, məsələn, sürpriz. Seksdə görünən məqsəd sadəcə sevişməkdir. Lakin ona uyğun bir zaman, məqam və uyğun tərəf müqabili hazırlasanız, performansa baxıb təəccüblənərsiniz. Boz təəccübləndirici təsirlər yaradan bir rəngdir. Çılğın keçi boz rəngi seçənlərin sindromudur. Əgər həvəsə düşərsə, onun üçün həyat cinsəllikdən ibarətdir.

Qəhvəyi rəng: Həyatda əsassızlıq və gücsüzlük göstəricisi olsa da, geyşa ruhuna sahib olan tək rəngdir. Qəhvə rəngi seksi mənimsəyən, qarşısındakından əmr almaq, ya da onun dediklərinə əməl etməkdən həzz alır. Onu xoşbəxt etmək əsas məqsəddir. Onun üçün sevgi ən yüksək səviyyədədir. Sözlərdən çox təsirlənir. Şövqə gətirməyin tək yolu ona deyilən razılıq sözləridir. Romantikdir, birlikdə sevişməkdənsə uzanıb yatmaq, əlini tutmaq, onun iyini hiss etmək çox gözəldir. Sevişdikdən sonra əl-ələ tutub yatmaq istəyər. Əsla arxasını çevirib yatmaz. Hiss edər və hiss etdirər.

Qırmızı: Şəhvət və ehtiras rəngidir. Hava qaralan kimi tərəf müqabili ilə sevişmək istəyər. Razı salmaq gücü çox yüksəkdir. Sevgi üçün dava, mübahisə edə bilər, sahiblənər və tərəf müqabilini hər zaman qoruyar. Tərəf müqabilindən “yox” cavabı aldıqda xəyal qırıqlığı yaşayar, lakin sonuna qədər gedər, o saat təhrik edər, yenilikləri sevər. Sərhədlərini bilmək çətindir. Çaşdırıcı və olavlandırıcıdır. Qırmızı haqqında sadə və ucuz görünüşü olması fikri də var. Hətta məhz bu səbəbdən bir çox qadınlar bu rəngi seçməkdən çəkinir. Lakin sirr deyil ki, kişilərin sadə qadınlardan xoşu gəlir və həyat yoldaşı üçün bu cür xanımları seçirlər. Yataqda da bir az ciddi görünmək olar. Unutmayın ki, qırmızı alt geyimində makiyajsız üz gözəl görünür.

Mavi: Bu rəng buğa bürcündən olan kişilər kimi evi, uşaqları və ailəsinə bağlı xüsusiyyətə malikdir. Romantik, həssaslıq və heç kimi incitməmək bu rəngi sevənlərin məqsədidir. Qadına və kişiyə dəyər verir. Seksdə “mən” yox, “biz” anlayışını üstün tutur, evliliyi illərlə davam etdirə bilən rəngdir. Qarşısındakı hər zaman onun üçün arzu edilən və xüsusidir. Seks onun üçün əsas yerdə deyil, sevgi, şəfqət və bağlılıq daha əhəmiyyətlidir. Amma seksi də qırağa atmır.

Bənövşəyi: Artıq cinsi həyatda qırmızının yerində oturan bu rəngin içərisində ehtiras və bağlılıq var. İşdə, evdə, sosial aləmdə, hər yerdə barmaqla göstərilən bu insanlar cinsi həyatlarında da üst qatdadırlar. Tərəf müqabili ilə eyni vaxtda həzz almaq üçün əlindən gələni edər, fantaziyaları son dərəcə yüksəkdir. Tərəf müqabilləri arasında əlaqələri çox güclü olur və xoşbəxt etməyi bacarır. Bunu bilməksə onu xoşbəxt edir. Kiçik fikir ayrılığı və problemlər onun münasibətinə zərər verməz. Sözün əsl mənasında idealdır.

Çəhrayı: Bu rəng kifayət qədər var olduqlarını düşünməyənlərin rəngidir. Özlərini məsum və saf göstərmək istəyənlərin seçimidir. Ehtiraslı deyil. Uşaq təəssüratı yaratmaq, gənc görünmək istəyənlərin rəngidir. Romantikası çox olan sevişmələr üçün ideal rəngdir, lakin ehtirası yüksək deyil, yalnız isti münasibət hiss etmək olar. Çəhrayının tünd rəngi isə aldadıcı məna daşıyır. Uşaq kimi görünən şəhvətli qadın kişi üçün son dərəcə təsirlidir. Çəhrayı hiyləgər seksin rəngidir.

Sarı: İki cür insan var: birinin aldatması, ya da cinsi münasibətdə olması üçün zaman, məkan və insanın əhəmiyyəti yoxdur, potensialı hər cür şərtdə var, digər insan isə şərtlər uyğun olan zaman bunu edər. Sarı rəngi sevənlər ikincini seçənlərdəndir. Onun üçün hər şey ideal olmalıdır, cinsi münasibət ya olmur, ya da mükəmməl olur. Qarşı tərəfdən gələn təklifi dəyərləndirir, özü isə heç zaman təklif etmir. Cinsi əlaqə ehtirasla birləşmir, vəzifə məqsədi ilə başlayar, lakin sonu gözəl bitirər.

Qara: Real həyatda dominant xarakterin, gücün və təzyiqin rəngi olan qara, cinsi həyatda şəhvət və təzyiqin rəngidir. “Mən”in mərkəzi olan qara qəhvə rəngi ilə tarazlıq təşkil edir. Sərhədləri yoxdur. Yer, məkan, zaman bilmədən tərəf müqabili ilə sekslə məşğul olmağa hazırdır. Hər zaman təəccübləndirir. Yataqda sərt olsa da, həyatda yumşaq və mülayim xarakterlidir.

Narıncı: Cinsi həyatın sərhədlərini aşan fantaziyaya malik rəngdir. Hisləri açıq-aydın dilə gətirir, hər dəfə fərqli bir hekayə ilə yatağa girir. Hər münasibətini fərqli keçirmək istəyir. Seks zamanı danışmağı sevirlər, sərtdirlər. Hətta bu, tərəf müqabilinə zərər vermək həddinə qədər gəlib çata bilər, məsələn, saçlarını yolma, dişləmə, sıxmaq kimi. Bunu o qədər həzlə və bəlli etmədən edir ki, hətta həyat yoldaşı bunlara öyrəşir.

Yaşıl: Bu rəng sadiqdir. Tərəf müqabiliniz yaşıl sevəndirsə, əsla ondan şübhələnməyin. Təmizlik, saflıq, məsumiyyət rəngidir. Özü çox sadə və asan yolagələn olduğu üçün cinsi həyatda tərəf müqabilinin kompleksli, özünün dominant olmasını, hər zaman özü birinci başlamaq istəyər. Gözəl ətir, xoş iylər və təmizlik onun üçün seksdən daha vacibdir. Bəzənsə bir az qarışıq və anlaşılmaz təəssürat yaradırlar.

Ən seksual alt paltarınız hansı formadadır?
İdman üslubunda alt paltarı sağlamlıq və vərdiş səbəbindən geyinilir. Lakin əlbəttə hər bir qadına idman üslubunun da bəzəklisi, naxışlısı məsləhət görülür. İdman üslubu kişi üçün heç də itələyici deyil. Kişilər iddiasız qadınları da seksual hesab edirlər.

Korset geyinmək məsləhət görülmür. Qan dövranına təsir edən geyimlərdən uzaq durmaq lazımdır. Korset bədəni boğur və olduğunuzdan artıq çəkili təəssüratı yaradır.

Sonda qadınlara daha bir məsləhət: bir büstqalter alanda, 3 dənə tuman alın. Bunun səbəbini ehtiyacınız olanda anlayacaqsınız.
(səs: 15)
Şərhlər: 2
Baxılıb: 28 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri