Cinsi əlaqə zamanı ağrılar

Müəllif: Narın Yağış
Şərhlər: 0
Baxılıb: 8 286
Səs ver:
(səs: 0)
Bir çox qadınlar cinsi əlaqə zamanı ağrılar və ya digər xoşagəlməz simptomlar hiss edir. Ağrı orqanizmin qoruyucu reaksiyasıdır.

Bununla orqanizm hər hansı pozulmadan xəbər verir. Belə ağrılara dözmək, onlara fikir verməmək yolverilməzdir. Bəzən belə ağrılar çox ciddi xəstəliklərin simptomu olur.

Beləliklə, cinsi əlaqə zamanı ağrıların səbəbi bunlardır:

1. Deflorasiya - ilk cinsi əlaqə. Əslində ilk cinsi əlaqə çox ağrılı olmamalıdır. Əksər hallarda bu zaman ağrıların səbəbi qızlıq pərdəsinin yırtılaması deyil, qorxu, həyəcan olur. Qadın əzələlərini, o cümlədən uşaqlıq yolunun əzələlərini, sıxır ki, bu da ağrılara səbəb olur.

2. Vaginizm. Bu pozulma zamanı qadın cinsi əlaqədən, ginekoloji müayinədən dəhşətli dərəcədə qorxur. Onun cinsi orqanlarına toxunduqda bədənində güclü sıxılma (spazm) əmələ gəlir ki, bu spazm cinsi aktı mümkünsüz edir. Qadın cinsi akt nəticəsində deyil, əzələlərin ani güclü sıxılması nəticəsində ağrı hiss edir. Bu pozulma mütləq müalicə olunmalıdır.

3. İltihab. Əgər xoşagəlməz hisslər (ağrı, yandırma hissi, qaşınma və s.) qadını cinsi əlaqə zamanı və ya dərhal sonra narahat edirsə, bunun səbəbi iltihab ola bilər.

Vaxt itirmədən həkimə müraciət edin, lazım olan analizlər (qan, yaxma) verin və müalicə alın. Müalicə həm qadına, həm kişiyə təyin olunmalıdır. Əks halda bir müddətdən sonra qadında yenidən xoşagəlməz simptomlar əmələ gələcək.

Nəzərə almaq lazımdır ki, cinsiyyət sistemi iltihabları bir çox pozulmalara, o cümlədən sonsuzluğa səbəb ola bilər.

4. Bitişmələr. Bir çox qadınlarda müxtəlif səbəblərə görə kiçik çanaqda bitişmələr olur. Bitişmələrin səbəbi xroniki iltihab, əməliyyatlar ola bilər. Əksər hallarda bitişmələr qadınları narahat etmir. Lakin bəzən onlar cinsi əlaqə zamanı ağrılara səbəb olur. Bu zaman ağrılar qarnın içərisində, dərində hiss olunur.

5. Travmalar, çapıqlar, tikişlər (doğuş və ya əməliyyatlar nəticəsində).

6. Endometrioz. Cinsi əlaqə zamanı ağrılar bu xəstəliyin simptomlarından biridir. Bu çox ciddi xəstəlikdir. Vaxtında müalicə olunmadıqda endometrioz bir çox hallarda sonsuzluğa səbəb olur.

7. Kiçik çanaq sinirlərinin iltihabı.

8. Cinsi əlaqə zamanı uşaqlıq yolunun yanında yerləşən xüsusi kiçik vəzlər - bartolin vəzləri maye ifraz edir. Bu maye uşaqlıq yolunu nəmləndirir və cinsi əlaqəni ağrısız edir. Bu maye müxtəlif səbəblərə görə (bartolin vəzinin iltihabı, vəzin xaric olunması, hormonal pozulmalar, klimaks) az miqdarda ifraz olunduqda, bu da ağrılara səbəb ola bilər.

9. Xoş və ya bədxassəli şişlər və kistalar.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 8 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri