Mükəmməl əlaqənin sirrləri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 313
Səs ver:
(səs: 1)

 

intim zamanı çay fasiləsi
İngilis intim terapisti Andrew G.Marshall, daha yaxşı və keyfli intim yaşamağın sirrini tapıb.  Onun sözlərinə görə, yaxşı intim üçün heç bir texniki vasitələrə və intim oyuncaqlarına ehtiyac yoxdur. Bunun üçün açıq olmaq və qarşı tərəfə maksimum dərəcədə etibar etmək bəs edir. 
"Independent” qəzetinə açıqlama verən terapist, cütülüklərə intimin ortasında bir az fasilə verməyi və gözəl bir çay dəmləyib içməyi məsləhət görüb. 
Marshall, "Əgər intimin ortasında fasilə verib bir stəkan çay içib, söhbət etsəniz, intimin əslində məqsədə nail olmaq üçün iki insan arasında gedən yarış olmadığının şahidi olacaqsınız. Bu üsul, bir-birinizə yaxın olmağınızı təmin edəcək. Bununla da, 15 dəqiqəlik intimi, 1 saata qədər uzada biləcəksiniz!” deyib.
Marshall həmçinin, intimin yalnız orqazmdan ibarət olmadığını bildirib və bəzi lazımlı məsləhətlər verib. O, insanların intim sırasında özünü daha yaxşı və daha xoşbəxt hiss etməsi üçün yataq otağı ilə bağlı bəzi məlumatlar verib.  
"intimdən bir neçə həftə əvvəl bir-birinizdən uzaq durun! Sonra isə ona toxunmaq yerinə özünüzü oxşayın!”
Uşaqlarınız varsa, yataq otağının qapısını bağlayın, səsinizin eşidilməməsi üçün musiqi də qoya bilərsiniz. intim qəflətən baş verməli bir hadisə deyil, odur ki, əvvəlcədən bu barədə plan qurun. 
Partniyornuzla eyni saatda yatın, telefon, kompyuter, tv və.s bu kimi əşyalardan uzaq durun. Bir-birinizlə ünsiyyət qurun!  Problemləri unudun və intim həyatınızda nələrdən xoşaldığınız haqqında bir-birinizi məlumatlandırın. 

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 5 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri