Yoldaşınızı
ya da partnyorunuzu barmaqlarınızla cəzb edərək bir masajla yatağa
dəvət etmək, həm sizə, həm də partnyorunuza böyük həyəcan verəcək,
cinsi fantaziyalarınız arasında ən sevdiyiniz üsul olacaq.
Bir-birləriylə olduqca sıx birlikdə olan cütlər, bir-birlərinin
bədənlərinin ehtiyaclarına əhəmiyyət vermir. Bədənsəl masaj cütlərin
eşqdə bir-birlərinə qarşı rahat və comərd olmalarını təmin edir…
Addım-addım intim masajı..
Birinci addım:
Yumşaq bir yataq sevişmək üçün mükəmməl ola bilər amma masaj üçün
ideal yer sərt, düz və hərəkətsiz bir yerdir. Beləcə partnyorunuz
hərəkət etdikcə narahat olmazsınız. Maksimum rahatlıq üçün boyunun və
biləklərinin altına yastıq qoya bilərsiniz.
İkinci addım:
Masaj yağıyla əllərinizi yumşaldın. Əlinizin gərgin əzələləri üzərində
yumşaq bir şəkildə sürüşməsini təmin edər. Jasmin kimi tək və yüngül
qoxulu yağlayar intim ola bilər. Masaj yağının qoxulu olmasından
xoşlanmayanlar üçün qaynar suya bir damla jasmin qoxusu əlavə etməniz
də mühitin gözəl iy verməsini təmin edər.
Üçüncü addım:
Tökülən saçlar və tüklər çılpaq bədənin qaşınmasına, qıdıqlanmasına
səbəb ola bilər. Bu səbəblə dərin və səssiz bir masaja fokuslanmaq üçün
saçlarınızı yığın. Partnyorunuzu narahat etməyəcək paltarlar geyinin.
Lazım olsa rahatlaşdırıcı bir musiqi aça bilərsiniz.
Dördüncü addım:
Masajı qısa zamana sıxışdırmayın. Partnyorunuzun bədəninə fokuslanın,
həqiqətən nə istədiyini anlayın. Kürəyini ovalayarkən rahatladığını
ifadə edirsə kürəyinə ya da ayaqlarını ovalamanızı sevirsə bu bölgəyə
diqqət edin. Yalnız gülümsəyərək haralarına toxunmanızdan xoşlandığını
soruşun.
Beşinci addım: Əla bir masaj üçün sadə hərəkətləri bilməniz lazımdır;
Sıxışdırma ən asan mütəxəssis hərəkətidir və bədənin çoxu hissəsinə
tətbiq oluna bilər. Bir əlini çiyininə qoyub digər əlinizlə üzərinə
basıb yavaşca sıxıb çevirin.
Kürək, boyun və ayaqların üzərinə yüngülcə vurub hərəkət etdirə
bilərsiniz. Eyni bölgələrə barmaqlarınızla da yüngülcə vura bilər, ovuc
içlərinizlə uzun və nəzakətli bir şəkildə basdıra bilərsiniz. Ürəyin
ololduğu kürək bölgəsinə bir az daha təzyiq və titrəşmə tətbiq edib sağ
üst kürəyə daha yüngül masaj edin. Ətli bölgələri yoğurur kimi
ovuşturabilərsiniz. Masaj etdiyiniz yeri ovuc içlərinizi dolduracaq
şəkildə yüngülcə sıxıb buraxın. Yağsız edilən masaj dərin əzələləri
boşaldar. Möhkəmcə tutduğunuz yeri digər əlinizlə ovalayıb sıxın. Çiyin
üzərləri, ayaq döşəmələri kimi kiçik bölgələrə templi barmaq vuruşu
tətbiq edin. Bu hərəkətlərə partnyorunuzun istəyinə görə yenilərini
əlavə edə bilərsiniz. Partnyorunuz üzü aşağı uzansın və çiyin
əzələlərinə yüngül toxunuşlar tətbiq edin. Kürəyinə masaj tətbiq edərkən
əlinizə bir az yağ vura bilərsiniz. Digər masaj hərəkətiniz onun
baldırlarına doğru olsun. Ayaqlarının altına tətbiq etdiyiniz yüngül
basdırma tətbiqləriylə masajı bitirin.
Altıncı addım:
Duyğulara fokuslanın… Siz mükəmməl bir masaj mütəxəssisi olmaya
bilərsiniz amma kədərlənməyin. Yalnız anı yaşayın. Texnikadan daha
əhəmiyyətli şey toxunmaqdır. Masajın ehtiras, duyğu və diqqətlə ediləni
doğrudur. Partnyorunuzun reaksiyaları istiqamətində edəcəyiniz
masajdan daha intimual nə ola bilər ki?