“İntim münasibətlər ailədə vacib şərtdir”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 118
Səs ver:
(səs: 4)

Aydınxan Əbilov: "Sosial, iqtisadi, psixoloji və intimual uyğunsuzluqlar sonda boşanmalara gətirib çıxarır”

"Azərbaycanda xüsusən gənclər arasında boşanmaların sayı sürətlə artır ki, bunun da əsas səbəbi sosial, iqtisadi, psixoloji və intimual uyğunsuzluqlardır”. Bu sözləri Editor.az-a açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov söyləyib.

Onun sözlərinə görə, sərhədlər açılandan sonra ölkəmizə müxtəlif ənənələr idxal olunmağa başladı ki, bu da öz növbəsində boşanmaların sayının artmasına da təsirsiz ötüşmədi: "Azərbaycan dövlət müstəqilliyi əldə edənə qədər biz daha çox şərq mentalitetinə uyğun əxlaq nümayiş etdirirdik. Lakin dövlət müstəqilliyi əldə etdikdən sonra müxtəlif ənənələr ölkəmizə ayaq açmağa başladı və insanların hadisələrə baxışında ciddi dəyişikliklərə gətirib çıxardı. Xüsusən gənclərimizin qərbə və Avropaya inteqrasiyası, ictimai rəyi formalaşdıran televiziyalarda qərb dəyərlərinin təbliği ailədaxili narazılıqların yaranmasına səbəb oldu. Hər hansı müğənni və aktyorun boşanmasını və iqtisadi baxımdan heç nə itirmədiyini görən gənclər də bu məsələdə onlardan örnək götürməyə başladılar”.

Boşanmaların meydana gəlməsində ailədaxili uyğunsuzluqları da vacib şərt kimi qabardan yazıçı-kultroloq hesab edir ki, bu faktın da boşanmaların artmasında rolu az deyil: "Bəzən valideynlər öz övladlarını tələm-tələsik evləndirməyə sövq edirlər. Onlar arasında xasiyyət, intimual uyğunluqların olmaması isə sonda acı nəticələrə gətirib çıxarır. İntim münasibətlər ailədaxili münasibətlərin formalaşmasında vacib amildir və buna xüsusi diqqət yetirmək lazımdır”.

Dövlət qurumlarının və vətəndaş cəmiyyəti insitutlarının da bu məsələdə fəallığını vacib sayan ekspert gənclər arasında maarifləndirmə işinin aparılmasını və onlara ailə dəyərlərinin düzgün aşılanmasını gələcəkdə baş verəcək boşanmaların qarşısının alınmasında xüsusi rolu olduğunu bildirdi.

Azər Niftiyev

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 7 118
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri