İntim Həyatınızın Rəngi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 414
Səs ver:
(səs: 5)
Geydiyiniz paltarlar, evinizdəki əşyalar və istifadə etdiyiniz avtomobil cinsi şəxsiyyətiniz haqqında sirrlərinizi ələ verir. Açarımız isə bu əşyalar üçün seçdiyiniz rənglərdir. Ətrafınıza baxdığınızda xüsusilə geyiminizdə və ev dekorasiyanız da müəyyən rənglərə daha şox müraciət etdiyinizi görə bilərsiniz.En çox görünən rəng sizin Favori rənginizdir.

Yaxşı Bəs sizin Rəng Hansı Rəngdir?
Qırmızı:
Qırmızı hər kəsin bildiyi kimi ehtirasın rəngidir. Bu rəngi sevən kəslər isə çox şəhvətlidir. Qırmızını sevən insanları pusu da gözləyən pələngə bənzətmək səhv olmaz. Asanca təhrik olar, xəyal edilə biləcək hər yolda cinsəlliyin dadını çıxararlar. Cinsi qığılcımları bir dəfə odlanan da onu söndürmək saatlarını aparar. Sevgi həyatlarında fantaziyaların yeri böyükdür.
Sarı:
Favorit rəngi sarı olan kəslərin cinsi meylləri bir xeyli mürəkkəbdir. Əksəriyyətlə sarı sevən kəslər daha güclü olan partnyorlarının istəklərinə passiv davranışlarla uyğunlaşma göstərirlər. Əsla cinsəlliyin dadını tamamilə çıxara bilməz ancaq xoşlarına gələn kəsi də geri çevirməz. Bu mənada sarı cinsi ehtirasdan uzaq bir rəngdir. Onlar üçün ilk addımı qarşı tərəf atmalıdır. Buna görə qarşı tərəf bir hücum edənə qədər yalnız gözləməklə məşğul olurlar.
Çəhrayı:
Çəhrayını sevən insanlar cinsi mövzularda inkişafa könülsüz yanaşırlar. Bu qadınlar partnyorlarına daha çox əziyyət verərələr,daha çox sözdə söz verməyi sevirlər. Gizlidən gizliyə də kişilərə nifrət edirlər. Çəhrayını  sevən kişilərə gəldikdə isə ... Bu tip kişilər qadınların arxasından qaçar və təriflər oxuyarlar. Hətta eyni gecədə üç ayrı görüş verə bilən lakin heç birisiylə görüşməyib barın birində yeni biriylə tanış ola bilə kəslərdir. Əri çəhrayı sevən qadınlar ehtiyatı əldən buraxmamalıdır.
 Bənövşə:
Bu rəngi sevənlər eşqdə də, iş həyatında da asan əldə edilməzlər. Bu rəngi sevən kəsləri ətrafındakılar, çoxbilmiş bilə bilər. Bənövşəyi rəngi sevən qadınların şəxsiyyətləri son dərəcə güclüdür. Onlar qarşılarındakına həqiqətən iman gətirsə əlaqəyə girər və oyunu qaydalarına görə oynayarlar. Kişilər isə eşq əlaqələrinə iş əlaqəsi dadında yaxınlaşarlar. Hər iki tərəf qarşılarındakının məmnuniyyətindən çox özlərini düşünürlər.
Qara:
Qara rəng gücü və ehtirası təmsil edər. Cinsəllik mövzusunda intimdə eynilə qırmızı kimi şəhvətlidir. Ümumiyyətlə təbiətlərində sadizim ya da mazohizm vardır. Bu səbəblə intim əsnasında da heç bir sərhəd tanımadan sevişərlər. Bir az içə qapalı kimi görünsələr də əslində sevişmə anında digər rənglərdən daha cəsurdurlar. Lakin onlar saman altından su yeridənlər kimi şəhvətlərini yalnız yataq otaqlarında partnyorlarını çaşdırmaq üçün göstərərlər.
Yaşıl:
Təbiətin rəngi olan yaşıl güvən verən bir rəngdir. Buna görə partneriniz yaşılı sevirsə doğru adamla birlikdəsiniz deməkdir. Bu rəngi sevənlər cinsi yanaşmalarında günahsız vəməsumdur. Yaşılı sevən qadınlar partnyorlarına hər zaman sadiqdirlər. Ehtirasları olsa belə bunu partnyorlarına  çox göstərməzlər. Yaşılı sevən kişilər aydın olmayan rəftarlarıyla qarşılarındakı xanıma yaxşı təsir edə bilirlər. Qısacası partneriniz yaşılı sevirsə əsla xəyanətdən şüphələnməməlisiniz.
Narıncı:
Narıncı rəngi sevənlərin cinsi fantaziyalara meyli vardır. Cinsi fəaliyyəti özlərinin baş qəhramanı olduqları tək səhnəlik bir oyun olaraq görürlər.onlar üçün ön sevişmə cinsi birləşmə qədər əhəmiyyətlidir. Şirin şeylər, mənasız dialoqlar fısıldayırlar. Narıncını sevən insanlar orgazm olamasalar belə çox yaxşı rola girə bilərlər. intim əsnasında şəhvətlərinə görə partnyorlarına bir az zərər verə bilərlər. Narıncını sevən kişilər yoldaşlarının saçını çəkməyə, qadınları da yoldaşlarının kürəyində cızıqlar buraxmağa meyllidirlər.
Qəhvəyi:
Bu rəngi sevirsinizsə, yoldaşınız üçün bir xəzinə deməkdir. Qəhvəyi sevənlər isti və yoldaşının istəklərinə qarşı həssasdır. Bunun yanında da qadın ya da kişi hər iki tərəf də son dərəcə romantikdir. Cinsi həyat onlar üçün 24 saatlıq bir şeydir. Atəşin kənarında sarılıb yatmaq, yağışlı havada gəzmək qəhvəyi sevənlər üçün təhrik edicidir.Ancak poetik duyğuları elə bir quruluşa malikdir ki bir tək pis söz hər şeyi məhv edə bilər.
Boz:
Bu rəng qərarsız insanlar tərəfindən sevilir. Heç bir mövzuda həyacanmadıqları kimi rəng mövzusunda da son dərəcə həyacansızdılar. Ona görə də şərhsiz olaraq kölgə rəngini seçərlər. Boz seçim edən kişilər cinsi istəklərinə sakitləşmə vasitəsi olaraq görürlər. Nə çoxu nədə azı. Qadınlar sevişmez, cinsi əlaqəyə girirlər. Yalnız iki səbəbdən biri üçün: yoldaşlarını məmnun etmək ya da hamilə qalmaq üçün. Sevişmə bitənə qədər divar kağızlarındakı naxışları sayırlar.
Mavi:
Mavi sevənlər möcüzəvi cinsi tərəfdaşlardır. Sevgi doludurlar, yoldaşlarının ehtiyaclarına həssasdırlar. Sevişməyi bir sənət olaraq görər və əlaqələrinə zərifcə yaxınlaşarlar. Mavi sevən kişilər sərxoşa bənzərlər, piano çalarmış kimi zərifcə sevişərlər. Mavini sevən qadınların cinsi istəklərinin dadını sonuna qədər çıxardarlar. Həm qadınlar, həm də kişilər ön sevişmədən və ardından gələn birləşmədən xoşlanarlar. Evlilikdə mavi adam mükəmməl bir yoldaşdır, çöldə gözü yoxdur.
Ağ:
Ağa tutulmuş insanlar üçün sevdikləriylə birlikdə yatmaq sevişməkdən daha üstündür. Cinsəllikdən  çox da xoşlanmazlar. Bu insanların təbiətində bir az mühafizəkarlıq var. Onlar üçün, Fransız öpüşü ədəbsiz bir şeydir və gün işığında sevişmək eşidilməmiş bir hadisədir. Ağı sevən qadınlar gizlilik içərisində soyunur.Kişilər isə cinsi əlaqədən əvvəl və sonra mütləq yuyunurlar.

Tərcümə etdi:YASMİN
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 6 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri