Islamda Cinsi əlaqədə sərhədlər nələrdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 20 225
Səs ver:
(səs: 7)

 

"Evli insanların bir-birinə hər yerləri mübahdır, haram deyil" şəklindəki bir hökm doğru deyil; qadına arxadan yaxınlaşmaq (tərs əlaqə) əhlisünnətə görə caiz deyil. Ağız da cinsi təmas üçün deyil, başqa işlər üçün var edilmişdir; oradan cinsi təmas yaradılış məqsədinə də, fitrətə də tərs düşər, fitrətləri pozulmamış olanlar bundan nifrət edərlər. (Prof. Heyrətdin Karaman)

İslam, adamın bütün həyatını içinə alan və hər mövzunu qiymətləndirən bir dindir. Bu səbəblə insanın həyatında əhəmiyyətli bir yer tutan cinsəllik və təhsilini də laqeyd yanaşmamışdır. Müəyyən ölçülər içərisində halal dairəsində kafi gələcək şəkildə təşkil etmişdir.

Hər problemlərini Hz. Peyğəmbərə (s.ə.s.) soruşub öyrənən səhabələr və onların xanımları, cinsiyyətlə əlaqədar problemlərini də şəxsən soruşaraq öyrənmişlər.

Necə ki, səhabədən biri xanımına cinsi orqanından olmaq şərtiylə arxa tərəfindən yaxınlaşmaq istəmiş, ancaq xanımı buna qarşı çıxmış və doğulacaq uşağın çəp olacağı şəklindəki Yəhudi anlayışını da bəhanə göstərərək etiraz etmişdi.

Vəziyyət Peyğəmbər Əfəndimizə (s.ə.s.) xəbər verildiyində "Evlilərə, cinsi orqanından olmaq şərtiylə, istənildiyi şəkildə yaxınlaşıla biləcəyini" (1) ifadə edən ayə gəldi.

Bu ayəni açıqlayan Peyğəmbərimiz (s.ə.s.) da "Cinsi orqanından olmaq şərtiylə arxadan, yandan, üstdən, altdan, istənildiyi və xoşuna gəlildiyi şəkildə cinsi əlaqəyə girilə biləcəyini" ifadə etmişdir. (2)

İslam, evli insanların cinsi əlaqəsini bu vəziyyətlərdə qadağan etmişdir :

1. Adət(Aybaşı) halında və lohusalı ikən cinsi təmas.
2. Evlilərin nəcis yerindən yəni arxadan yaxınlaşmaq. Xanımına arxasından yaxınlaşmaq böyük günahlardandır.

Peyğəmbər (s.ə.s.): "Allah bir qadının arxasından münasibətdə olana rəhmət nəzəriylə baxmaz." buyurur. (İbni Macə Beyhaki)

Dinimizin bunların xaricindəki cinsi əlaqəni, cinsi orqanından olmaq şərtiylə hər cür şəklinə icazə verdiyini və haram etmədiyini anlayırıq. Evli insanların bir-birini öpmə, oxşama, dodaqlarıyla, əlləriylə cinsi əlaqəyə hazırlamaq üçün bədənlərinin dəyişik yerlərinə etdikləri hər cür hərəkətin haram olmadığını söyləyə bilərik.

Islamda cinsi orqanından olmaq şərtiylə hər cür sevişmə və əlaqə caizdir.


(səs: 7)
Şərhlər: 0
Baxılıb: 20 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri