Yataqda ehtirasın belini nə qırır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 7262
Paylaş:
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1314338280-656.jpg


4 məşhur xanım alim öz üzərilərində təcrübə apardılar və gördülər ki...
Araşdirmalara görə ərli xanımların təxminən yarısının özlərini narahat və naqolay hiss etmələrinin ilkin səbəblərindən biri tapılıb.
Sən demə, qadınların özlərini izafi çəkili saymaları onların libidosunu və ehtirasını xeyli azaldır, yataqda "buz"a döndərir.

Belə qadınlar özlərini "çox kök" sanır, bədən ölçüsünə rəğmən, "gombul" olduqlarını düşünürlər.
Əcəba bu hiss yanlışdır, yoxsa, acı reallıq?

Sualın cavabını Britaniyanın məşhur psixoloq və intimapatolorqları olan Haydi Makqir, Eli İnes, Pola Rosdol və Cemayma Sleyd araşdırıblar.
Onların hamısı ətli-canlı, dolğun vücuda malik xanımlardır.

53 yaşlı Pola evlidir, ərinin də 62 yaşı var.
"Təcrübələrə başladıq və hiss etdim ki, güzgüyə baxanda ruhdan düşmüş, özündən bədgüman bir qadın görürəm. Hətta cavan və daha arıq görünmək üçün tez-tez qarnımı içəri çəkdiyimin fərqinə də vardım. Sözün açığı, bədənimə baxanda onu dəyişmək istəyirdim. Ərimin mənə "sən gözəlsən" deməyinin də heç bir xeyri yoxdu, çünki artıq çəki mənə əməllicə əzab verirdi. Özümü pis hiss edir, yataqda ərimə "bu gün yox!" deyirdim", - Londonun cənub-qərbində, Uimbldonda yaşayan Pola Rosdol söyləyib.

Onun sözlərinə görə, təcrübə zamanı anlayıb ki, qadınların tam əksəriyyəti cəmiyyətdəki "gözəl qadın" idealına uyğun olmaq üçün əldən-ayaqdan düşür, böyük səy göstərirlər.

Psixoloq Cemima Sleyd isə hesab edir ki, qadınlar izafi çəkili olduqlarını düşünməməlidir.
"Qadın hər halında gözəldir və bunu anlamayan xanımlar sürəkli olaraq diskomfort içində qalırlar. Ona görə də çəkinizi əsla düşünməyin, özünüzə dərd etməyin", - C.Sleyd deyib.

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 7262
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv