Qadınlar nəyi intimdən daha çox düşünür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 509
Səs ver:
(səs: 2)
İngiltərədə 1,290 qadının iştirak etdiyi araşdırma aparılıb. Araşdırmanın nəticələri isə olduqca maraqlıdır.

Bir çox qadın enerjisini pəhriz saxlamağa sərf edir. Pəhrizlərinə sevgililərindən və münasibətlərindən daha çox önəm verir. Nəticə etibarı ilə yeməyi intimdən daha çox düşünürlər.

Üstəlik qadınlar pəhrizə əməl etmədikdə, özlərini sədaqətsiz hiss edir və buna görə özlərini günahkar hesab edirlər.

Hər 4 qadından biri isə pəhrizlərini münasibətlərindən daha üstün tutur. Bütün güclərini çəkilərini atmağa sərf edir və həyat yoldaşları ilə münasibətlərə daha az yer verirlər.

Bundan başqa qadınların üçdə biri pəhrizi sevgililərindən daha çox düşündüyünü deyib. Qadınların yarısından çoxu isə yeməkləri intimdən daha vacib hesab etdiyini və daha çox düşündüyünü də etiraf edib.

Pəhriz saxlayan qadınların motivasiyası daha yaxşı görünmək olur. Bu da onların depressiyaya düşməsinə səbəb olur. Odur ki, pəhriz saxlamaq əvəzinə, sağlam qidalanmaq məsləhət olunur. Beləcə daha rahat və sakit həyat tərzi yaşamış olarsınız.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 7 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri