Ən ehtiraslı kişilər və ya qadınlar kişiləri necə bəyənirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 26 006
Səs ver:
(səs: 8)
Özünü çəkici, yaraşıqlı və centlmen hesab edirsən. Qızlar da səni olduğun kimi qəbul edirlər. Subay dostlarına qızla tanış olmağın yollarını başa salıb, özündən ağızdolusu danışırsan. Qadınların sənə ünvanladığı təriflər başını gicəlləndirir. Elə bir qız yoxdur ki, sənin təkliflərini qəbul etməsin. Səncə, bu uğurları centlmen olduğuna görə qazanırsan? Sən saydığını say, gör qadınlar nə sayır...

Arxadan baxış

Kişilərin çoxu düşünür ki, qadınları enlikürək və hündürboy oğlanlar cəlb edir. Amma əsas məsələ arxadadır. Möhkəm arxa nəinki kişiləri, sən demə, elə qadınları da cəlb edirmiş. Qadın ilk baxışdan oğlanın arxasına göz gəzdirib, onunla tanışlığa razı olur. Fizioloqların gəldikləri qənaətə görə, arxası möhkəm olan kişi ən ehtiraslı hesab olunur.


Məsləhət: Seksual görünmək istəyirsənsə, bir ay ərzində, səhər və axşam 30 dəfə oturub-dur. Bu hərəkət arxanı möhkəmlətməyə kömək edib, ehtirasını maksimum həddə çatdıracaq.


Ucaboy və enlikürək

Hündür oğlan cəmiyyət arasında ilk baxışdan seçilir. Enlikürək olmağı isə onu daha da cəlbedici göstərir. Qadınlar düşünürlər ki, boyca hündür olan oğlan yataqda da kifayət qədər ehtiraslıdır. 


Məsləhət: Digər boyun səni narahat edirsə, gəzəndə belini dik saxla. Qozbellik 86% kişiləri narahat edir. Qeyd edək ki, bu problem boyun uzanmasına mane olur.


Arıq, yoxsa kök?

Müasir qadınlar nə bosketbol oyunçusunu, nə də sumo güləşçisini sevirlər. Onları orta boyda və normal çəkidə olan oğlanlar maraqlandırır. Psixoloqların qadınlar arasında keçirdikləri sorğuya əsasən, 15% qadınlar arıq oğlanları, 69% qadınlarsa dolu bədənli oğlanları bəyənirlər. Çünki ortabədənli kişinin qanında olan «estrogen» onu ürək-damar xəstəliklərindən qoruyur. Arıq oğlanda bu maddə azlıq təşkil edir. Demək, qarınlı oğlanlar daha seksual olub, arıqlardan çox yaşayırlar. 


Tüklü oğlanlar ehtiraslıdır?

Aparılan sorğu nəticəsində bəlli oldu ki, qadınların 7%-i çox tüklü, 54%-i orta tüklü, 89%-i isə sinəsi tüksüz oğlanları bəyənirlər. Seksoloqların fikrincə, intim yaxınlıq zamanı tük qadının bədəninə toxunaraq, onu daha da ehtiraslandırır. 


Kişilərin ehtirası nədən bilinir?

Kişi gözü ilə

əzələli bədənindən - 21%

əzələli qollarından- 18%

cinsiyyət orqanından- 15%

hündür boyundan- 13%

arıqlığından- 10%

başqa əlamətindən- 23%

Qadın gözü ilə

Baldırlarından- 39%

Hündür boyundan- 11%

Köklüyündən-11%

Tüklü sinəsindən- 7%

Arıqlığından- 5%

Başqa əlamətindən- 27%

(səs: 8)
Şərhlər: 3
Baxılıb: 26 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri