Oral intim intim elaqe

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 58 116
Səs ver:
(səs: 9)


İslam dinində bu məsələ ilə əlaqədar bir hökm yoxdur. Lakin bu cür bir əlaqə korlanmamış olan insan təbiətinə ziddir. Başqa sözlə, məkruhdur.

1.Bəqərə surəsinin 222 və 223-cü ayələrini oxusanız, anal intimin (tərs yoldan cinsi əlaqə, anus dəliyindən istifadə etməklə qurulan cinsi münasibət) dini cəhətdən düzgün olmadığını başa düşərsiniz. Peyğəmbərin (s. a. v.) anal cinsi əlaqəni qadağan edən hədislərini bu cür qiymətləndirmək lazımdır. Oral yolla əlaqə isə məsləhət görülməsə də, qabaq və arxa hissədən həyata keçirilən bir cinsi əlaqə növü deyil. Əgər elə olsaydı, anal əlaqəni qadağan edən hədislər varid olduğu kimi, bu məsələdə də mütləq bir qadağan xəbəri gələrdi.

Bunu yaxşı hesab etməyən alimlərin dəlilləri xəstəlik tutmaq və yoluxmaq qorxusudur.

Bu məsələ ilə əlaqədar nass (ayə və hədis kimi qəti bir dəlil) olmadığına görə də məkruh hökmü verilir.

Məkruh əməl haram əməl kimi deyil. Haram əməl haqqında qadağan olduğuna dair qəti bir hökm olan əməldir.

ƏLAVƏ MƏLUMAT

"Qurani-Kərimdə və həzrəti peyğəmbərin Sünnəsində haram olduğuna dair bir izahat olmayan bütün sözlər, davranışlar və işlər halaldır. Bu işləri görmək olar. Haram olan şeyləri halallaşdırmaq kimi, halal olan şeyləri haramlaşdırmaq da ilahlaşmaq-ilahlaşdırmaq deməkdir. Bu, ən böyük günahlardandır. Biz də məsələyə bu cür bir həssaslıqla toxunacağıq.

Partnyorların bir-birinin cinsiyyət üzvünü əmmək mənasını daşıyan oral intim həzrəti peyğəmbərin dövründə bilinən bir intim tərzi idi. Biz bunu həzrəti Əbu Bəkrin (r. a.) Hüdeybiyyə danışıqları vaxtı Qüreyş qəbiləsinin nümayəndəsi olan Urvə ibn Məsuda Ərəb cəmiyyətində bir adət halını almış bir söyüşlə: "(Dişi) Lat bütünün bızırını2 əməsən səni, ey adam!", вЂ" deyib sərt cavab verməyindən öyrənirik.3

Sevişmə növlərindən biri kimi bilinən oral intim haqqında Qurani-Kərim və Sünnədə açıq bir hökm yoxdur. Amma ümumi qaydalar mövcuddur.

Oral cinsi əlaqəni iki fəsil halında tədqiq etmək lazımdır: 

1) Cinsi əlaqənin başlanğıc mərhələsində вЂ" şəhvət hissinə görə gələn axıntı və məzi dil və dodaqlara bulaşdırılmadan yerinə yetirilən və psixi sarsıntı yaratmayan oral əlaqə bir icazə kimi təsdiq oluna bilər.

Lakin fitri bir hislə və ya psixi və mədəni inkişaf səbəblərinə görə oral əlaqəyə maraq göstərməyən, hətta ona mənfi münasibət bəsləyən yoldaşı buna məcbur etmək psixi sarsıntı və cinsi cəhətdən doyumsuzluğa səbəb olduğuna görə zülmdür. Şübhəsiz ki, sadizm kimi bu cür zülm də haramdır. Biz məsləhət bilirik ki, oral intimin icazə verilən qismindən də uzaq durulsun. Çünki bu (yuxarıda qeyd etdiyimiz harama istiqamətləndirici hərəkətlər edilməsə də), təbii bir sevişmə üsulu deyil. Elə buna görə də oral cinsi münasibət bir müddətdən sonra nifrətamiz hislər yarada bilər. Beləliklə də, cinsi cəhətdən xoşbəxt olmağa mənfi təsir göstərə bilər. Həqiqətən də, heç bir örtük olmadan çılpaqlıq və cinsiyyət üzvlərinə baxmaq fəslində təqdim etdiyimiz çəkindirici nəsihətlər xəttində bundan uzaq durmağı tövsiyə edən İslam alimləri də var. 

2) Ağzı cinsiyyət üzvünə çevirən və ağza boşalmağı da əhatə edən oral cinsi əlaqə isə вЂ" Allah bilir вЂ" haramdır. Qurani-Kərim və Sünnə arxa üzvdən (anus dəliyi) istifadə etməklə qurulan cinsi əlaqəni haram edir və halal hesab edib bu cür münasibətlər qurmağı əzaba düçar olmağın səbəbi kimi bildirir. Elə isə məlum olur ki, ağzı cinsiyyət üzvünə çevirərək qurulan oral cinsi əlaqə Quran və Sünnə tərəfindən daha çox haram qılınardı.

Bu mənada oral intimə gəldikdə, bu, korlanmamış insan təbiəti tərəfindən diksindirici və murdar bir iş kimi qəbul olunur. Quranın ifadəsilə desək, fəhşa və xəbisədir. Cinsi məzmunlu murdarlıq olan fəhşa və xəbisə isə öz növbəsində Quranda haram edilib.

Düzgün olan şeyləri ən yaxşı bilən Allahdır. Bizim öhdəmizə düşən bəndəlik borcu isə budur ki, içində hətta haramlıq şübhəsi belə olan işlərdən uzaq duraq.

Bu məsələ mühüm bir məsələ olduğuna görə onu bir az da püxtələşdirək:

"Caiz ola bilər" kimi sözlər öpmək və əmmək formasında olan oral cinsi münasibətlə əlaqədardır. Ağza boşalmaq formaslndakı oral cinsi əlaqənin isə haram olduğunu deyə bilərik. Çünki bu, Quranın qadağan etdiyi fəhşa (çox iyrənc) və xəbisi (murdar) təşkil edir".
(səs: 9)
Şərhlər: 2
Baxılıb: 58 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri