Nizamlı seksin təmin etdiyi üstünlüklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 880
Səs ver:
(səs: 2)
Cütlükərin nizamlı olaraq sekslə məşğul olması sağlamlıq və xoşbəxtlik baxımından çox əhəmiyyətlidir. Bir evliliyin ən əhəmiyyətli nöqtələrindən biri də cinsi əlaqədir. Bunu bir vəzifə kimi deyil, içdən gələrək və istəyərək edilməsi, həm cütlüklərin xoşbəxt olmasını həm də ümumi mənada sağlam olmasını təmin edər. Nizamlı olaraq sekslə məşğul olmaq, insana güvən və xoşbəxtlik bəxş edər.
Stresə qarşı müqavimətli olmağı təmin edər. Çətin anlarla daha asan başa çıxa bilərik. Fiziki, xarici görünüşümüzə də müsbət təsir edər. Formanı qoruyar və gümrahlıq verər. Yuxu problemləri olanlar üçün sanki biçilmiş bir geyimdir. Yatağa girdikdən etibarən cinsilik qaçınılmaz olmalıdır, ki rahat bir yuxu alınsın. Yuxusuzluq çəkənlər sekslə məşğul olduqdan sonra yatmağa çalışsa, bunun çox asan olduğunu görər. Həm beyn həm də bədəni rahatlaşdıra bilən tək şey seksdir. Bu qədər üstünlüyü varkən ondan qaçmaq gərəksizdir.

Zehni performansa müsbət yöndə təsir edən seks eyni zamanda ən təsirli kalori yandıran idmandır. Qan dövranını nizamlar, maddələr mübadiləsini sürətləndirər, yağları yandırar, immuniteti gücləndirər. Yarım saat içində 150 kalori yandırda bilər. Bu sizin tempinizə də bağlıdır. Ayrıca onurğanı əyriliyini və qamətinizi nizama salar. Yəni daha dik və estetik baxımdan gözəl dayanarsınız. Ekspertlər seks aralığını çox buraxmamamız mövzusunda bizi xəbərdar edir. Uzun müddət seksə ara verməməliyik. Həftədə ən az bir neçə dəfə cinsi əlaqəyə girilməlidir. Ömürü uzadan nizamlı cinsi əlaqə eyni zamanda xərçəngdən də qoruyur.
Həftədə beş dəfə və daha çox sekslə məşğul olan kişilərdə prostat xərçəngi riski azalır. Qadınlarda isə döş xərçəngi riskini azaldır. Regl dövründə təbii ağrı kəsici olaraq bilinir. Həm adət sancısını həm də çox baş ağrılarını birdən kəsə bilir. Həftədə ən az iki dəfə cinsi birləşmə yaşayan insanları ən az on yaş daha gənc göstərir. Dərini və toxumaları yeniləyərək gənc və gözəl görünməmizi təmin edir. Ürəyə olan faydaları isə saymaqla bitməz. Kişi və qadınlarda nizamlı seks, infarkt riskini və ürək xəstəliklərini yüzdə əlli nisbətdə azaldır. Həm də insanda olan yaraların bağlanmasında da nisbətdə təsirlidir. İmmuniteti qüvvətləndirir və mikroblarla mebarizənizi asanlaşdırır.

Yaxşı sevişmənin pik nöqtələrini bilmək, sevdiyinizi seksə hazırlamaq bir sənətdir. Sonunda xoşbəxt olmaq və xoşbəxt edə bilmək üçün bəzi əsas nöqtələri yaxşı bilmək lazımdır. Bunun üçün də bədənin hər nöqtəsini çox yaxşı bilmək, partnerinizin həssas nöqtələrini və xoşlandığı şeyləri yaxşı bilmək lazımdır. Seksdə doyuma çatmaq üçün xüsusilə cinsi orqanları yaxşı tanımaq lazımdır. Bu vəziyyət təbii ki, təcrübə ilə əldə etmə olar. Bununla yanaşı seksə mənfi təsir edən əhəmiyyətli səbəblərdən biri də xüsusilə kişilərdə görülən yuxu pozuqluğudur.

Həddindən artıq xoruldama da bir növ yuxu pozuqluğudur və bir çox səbəbi ola bilər. Cinsi əlaqəyə bu vəziyyət mənfi təsir edə bilər. Problem həll edildiyində isə cinsi əlaqə yuxu problemlərini tamamilə yox edəcək. Nizamlı seksin  üstünlüklərindən bəhs etdik. Yaxşı, seksdən ən çox kim zövq alır? Bu mövzu araşdırıldı və bu nəticəyə gəlindi ki, qadınlar seksdən daha çox zövq alır. Orta yaş və üzərindəki qadınlar daha az cinsi əlaqəyə girir və yaş azaldıqca seks çoxluğu artır. Buna baxmayaraq orta yaşlı qadınlar cinsi əlaqədən daha çox zövq alır. Kişilərdə isə yaş irəlilədikcə cinsi təmin azalır. Bərabər və ortaq bir nöqtədə birləşmək iki tərəf üçün də əhəmiyyətlidir. Çünki cinsi əlaqə tək tərəfli deyil!

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 5 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri