Evlilikdə cinsi həyat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 12 159
Səs ver:
(səs: 4)
Hər şey kimi seks həyatınız da təkrarlanma əsasında yaşanır? Unudun kədərlənməyi, bu tövsiyələri diqqətə alın.

Yataq otağınızı dəyişdirin
Yataq otağınığın şəkli, evliliyinizin başından bu yana eynidirsə artıq dəyişiklik etmə vaxtı gəlmişdir. Mebellərinizi ya da mebellərinizin mövqeyini dəyişdirmək, yeni və az bir işıqlandırma sistemi qurmaq, seks həyatınıza da yenilik gətirə bilər. 

Oteldə yerləşin
İlk dəfə bal ayına çıxırmış kimi sevdiyiniz bir oteldə həyat yoldaşınızla birlikdə bir gecə yerləşin. Spası olan bir oteli seçsəniz, başdan aşağı bir baxımla bütün stresinizdən təmizlənə bilər, sonra da alovlu bir sevişməni başlada bilərsiniz. 

Seks mesajları atın
Gün içində həyat yoldaşınızla bir-birinizə seks məzmunlu, axşam yaşadığınız sevişmə planına dair mesajlar göndərərək seks oyunu oynayın. 

Yeni seks texnikalarını təcrübə edin
Təlimçi seks texnikalarını izah edən, fərqli mövqeləri fotoşəkillərlə göstərən bir kitab alın. Təsadüfi açdığınız bir səhifəni yoldaşınıza tətbiqə başlayın.

Yaxalanma qorxusu oyunu oynayın
Eynilə eşqbazlıq etdiyiniz zamanlardakı kimi yaxalanma qorxusu oyunu oynayın. Evinizdə bir qonaq varkən fərq edilmə qorxusu yaşayaraq bir sevişmə həyəcanı yaşayın.

Evdə də baxımlı olun
Yalnız çölə çıxacağınız zaman deyil, evdəykən də baxımlı olun. Həyat yoldaşınızdan da baxımlı olmasını tələb edin. Görünüşünüzə diqqət göstərmək, qarşılıqlı olaraq cazibədarlığınızı artırar. 

Danışın, bölüşün
"Necəsə evliyik" deyib bir-birinizlə maraqlanmaqdan imtina etməyin. Bir-birinizi üçün darıxın, gün içində yaşadıqlarınızı izah edin, fikirlərinizi bölüşün. Aranızda problemlər varsa böyüyüb həllsiz hala gəlmədən müzakirə edərək həllə qovuşdurun. Problemli bir əlaqə, seks həyatınızı söndürər. 

Sekslə stres atın
"Bu qədər stres altında seks arzusumu qalar?" deyərək gecələrinizi yataraq keçirməyin. Seks, bir stres atma vasitəsi olaraq görməyi təcrübə edin. 

Səhər saatlarını qiymətləndirin 
Səhərlər testesteron səviyyəsi ən yüksək səviyyədə olduğu üçün, bir kişinin seksə ən çox hazır olduğu zaman, səhər oyandığı saatlardır. Səhər saatlarında yoldaşınızdan əvvəl oyanmağa çalışın və bu fürsəti qiymətləndirin. 

Bir-birinizi yenidən kəşf edin 
Bilinməyən üzünüzü göstərərək sizi yenidən kəşf etməsini təmin edin. Həmişə gözləriniz bağlı öpüşürsünüzsə gözlərinizi açıq tutaraq öpüşmək, normalda yüksək səsli sevişirsinizsə səssiz sevişmək kimi kiçik bir dəyişiklik edərək çaşdırın onu. Sonra yoldaşınıza bunun xoşuna gəlib getmədiyini soruşun və sürpriz dəyişiklikləri ondan da gözlədiyinizi bildirin. 

Bir-birinizlə seks haqqında danışın
Nələrdən xoşlandığınızı, nələr istədiyinizi bir-birinizə eyham etmək yerinə açıqca izah edin. Cinsəlliklə əlaqədar problemləriniz varsa bunları da danışın. Həll edə bilmirsinizsə birlikdə bir ekspertlə məsləhətləşin. 

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 12 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri