Köklük kişilərin cinsəl həyatını korlayır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 523
Səs ver:
(səs: 0)
İngiltərədə aparılan tədqiqatlar həddən artıq kökəlmənin cinsi zəifliyə yol açdığını bildirirlər. 

Tədqiqatlar həddən artıq kök olan insanlarda spermanın miqdarının arıqlara nisbətən nəzərə çarpacaq dərəcədə az olduğunu göstərib. Buna səbəb isə kök kişilərdə yağın miqdarının çox olmasıdır. Yağlar orqanizmin hərarətini hər zaman yüksək saxladığı üçün kişilərdə isti cinsiyət orqanı ətrafı damarları genişləndirir və nəticədə spermanın miqdarı və keyfiyyəti aşağı düşür. Həmçinin kök kişilərdə hormonal pozğunluq digərlərinə nisbətən çox olur.

Köklük kişilərlə yanaşı qadınların da cinsəl həyatına mənfi təsir göstərir. Köklük qadınlarda menstruasiya pozğunluğuna və yumurta problemlərinə yol açır ki, bu da öz növbəsində hamiləlik üçün böyük təhlükələr yaradır.

Həkimlər həddən artıq arıqlamaqla yanaşı həddən artıq kökəlmənin də qadın və kişilərdə övlad sahibi olmama riski yaratdığını bildirirlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri