Cinsi fəaliyyəti artıran dərmanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 35 497
Səs ver:
(səs: 6)

Cinsi münasibətlərdə fəallıq çox önəmli faktorlardan biridir. Bəzən bu fəallığı artırmaq üçün müxtəlif preparatlardan istifadə olunur. Şəhərdə fəaliyyət göstərən apteklərdə də şifahi olaraq bu faktı təsdiqləyirlər.

Satıcıların bildirdiyinə görə, əvvəllər bu tip preparatlardan daha çox yaşlı nəslin nümayəndələri istifadə edirdilərsə, son zamanlar gənclər nədənsə üstünlük təşkil edir. Həkimlər isə bu tip preparatlardan istifadə zamanı son dərəcə ehtiyyatlı olmağı məsləhət görür.

Bir çox hallarda dərman vasitələri apteklərdə reseptsiz satıldığından nəzarət yoxdur. Gənclər arasında formalaşan fikrə görə, bu tip dərmanlar cinsi aktivliyi artırır.

Əslində zərurət yarandığı halda 40-45 yaşdan sonra sendinofil tərkibli dərmanlardan istifadə tövsiyyə olunur. Amma bu tip preparatlardan istifadə edərkən yalnız həkim göstərişi və nəzarəti vacibdir. Əks halda nəticə acı ola bilər.

Mütəxəssislər deyir ki, cinsi aktivliyi artıran preparatlar zəhərlənmə vermir. Onlar ancaq qan dövranını artırdığından təzyiqin yüksəlməsi, burundan qan açılma, allergik təsirlərlə özünü göstərə bilər. Ona görə bu tip dərmanlardan yalnız həkim nəzarət və göstərişi ilə istifadə etmək və diqqətli olmaq lazımdır.

(səs: 6)
Şərhlər: 3
Baxılıb: 35 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri