Hansı yaş fərqi intim uyğunsuzluğa və xəyanətə səbəb olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 805
Səs ver:
(səs: 3)
Azərbaycanda boşanmaların sayının artması faktdır. Statistikaya nəzər salanda vəziyyətin kifayət qədər təhlükəli olduğu aşkar görünür. Məsələn, ilin əvvəlindən 37,9 min nikah və 5,7 min boşanma qeydə alınıb. Ölkə əhalisinin hər 1000 nəfərinə 2012-ci ilin müvafiq dövrünə nisbətən nikahların sayı 7,4-dən 8,2-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,2) qalıb. Birinci nikaha daxil olanların orta yaşı kişilər arasında 27,1, qadınlar arasında isə 23,7 yaş təşkil edir. Bu göstəricilər cari ilin ilk 6 ayı üçündür.

Son vaxtlar boşanmaların səbəbi kimi ortaya atılan daha bir səbəb maraq doğurur – intim uyğunsuzluq. Söhbət intim uyğunsuzluqdan gedirsə, deməli, yaş faktoru mütləqdir.

Qadınlar.Biz müxtəlif ekspertlərlə yaş fərqinin intim uyğunsuzluqda və boşanmalarda nə dərəcədə rol oynadığını araşdırmağa çalışıb.

Uroloq-androloq Rauf Rzayevə görə, yaş fərqinin çox olması seksual uyğunsuzluq yarada bilir. Mütəxəssis hesab edir ki, 40-50 yaşlı kişinin 30-40 yaşlı həyat yoldaşı seksual həyatının başlanğıcında olur: "30-40 yaş qadın üçün ən gözəl vaxtdır. Orda seksual yetməməzlik baş verir. Ailədə seksual yetməməzlik münasibətlərə də mənfi təsir göstərir”.

Mütəxəssisin fikrincə, tibbi baxımdan qadınla kişi arasında maksimum 8-10 yaş fərq ola bilər. Fərq bu həddi keçirsə, əksər hallarda intim uyğunsuzluğa gətirib çıxarır, yekunda münasibətlər gərginləşir, soyuqlaşır və boşanma ilə nəticələnir. Bəs evlilik üçün ideal yaş fərqi neçədir?

"İdeal yaş fərqi 2-6-dır”.


Bəs qadının kişidən kəskin fərqlə böyük olması münasibətlərə necə təsir göstərir? Ekspertə görə, adətən belə münasibətlər evlilik çərçivəsində baş vermir: "30 yaşlı kişinin həyatında 50 yaşlı qadın varsa, kişidə seksual həvəs get-gedə azalır. Bu artıq ailə deyil, başqa münasibətdir. Bu tip ailənin də başqa problemi ola bilər. Qadına daha uyğundur ki, kişi yaşda ondan böyük olsun”.

Kəskin yaş fərqi xəyanətə səbəb olurmu?

Ekspertin fikrincə, xəyanət təkcə seksual problemlə bağlı deyil: "Elə qadınlar var ki, 30 yaşında əri rəhmətə gedib, 70 yaşına qədər heç vaxt xəyanət etməyib. Xəyanətlərin səbəblərindən biri intim uyğunsuzluqdur. Amma burda başqa səbəblər də var. Ailələrin dağılmasının seksual anlaşılmazlığa aid olan hissəsi azdır. Amma belə olanda münasibətlər soyuyur, gərginləşir. Tibdə və həmçinin dində göstərilir ki, ən ideal variant həftədə 3 dəfə cinsi əlaqədə olmaqdır. Amma yaşla əlaqədar olaraq həftədə 2 yaxud 1 dəfə də olur”.

Sosioloq Əhməd Qəşəmoğluna görə isə sosiologiyada yaşın özü bir göstəricidir və araşdırmalarda əsas diqqət mərkəzində olur: "Azərbaycanda vəziyyət bir az başqa cürdür. Əgər ortada kəskin yaş fərqi varsa, yaxud qadın kişidən çox böyükdürsə, insanlar bu evliliyin başqa məqsədlərə söykəndiyini düşünürlər.

Ailələrin məsləhəti, yaxud hansısa maddi maraq ola bilər. Yaş fərqi 5-dən çox olanda anlaşılmazlıq yaranır. Kişinin 5 yaşa qədər böyük olması normalıdır. Kişilərin yaşca kiçik olmasında da anlaşma problemi özünü göstərir. Söhbət Azərbaycandan gedir. Amma başqa ölkələrdə belə məsələ yoxdur. Vaxtilə bununla bağlı araşdırma aparmışam. İdeal yaş fərqi isə kişinin 3 yaş böyük olmasıdır”.

Psixoterapevt Fərqanə Nəcəfli isə düşünür ki, qadın fiziki olaraq daha tez yaşlandığından kişinin yaşca böyük olması vacibdir: "Təcrübəmdən deyə bilərəm ki, yaş fərqi eyni olmasa, daha yaxşı olar. Kişinin yaşca böyük olması mütləqdir. Psixologiya ilə bağlı ədəbiyyatlarda yazılır ki, 5 yaş fərq olsa, normaldır. Mən də bu fikirlə razıyam. Maksimum 8 yaş fərq ola bilər”.

F.Nəcəfli hesab edir ki, qadının böyük olması da mümkündür: "Qadın böyük ola da bilər. Psixoloji uyğunluq məsələsinə gəlincə, bütün dövrlərdə qadınlar daha uzaqgörəndirlər. Məsələn, 20 yaşlı qadın 20 yaşlı kişidən daha çox bilir”. (Modern.az)
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 8 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri