Balıqlar kimi Toxunmadan sevişmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 124
Səs ver:
(səs: 2)

Bizim ölkəmizdə seks haqqında danışmaq ayıb sayılır. Bu, bir tabudur. İnsanlar seks sözündən utanırlar. Hələ qaldı virtual seksdən danışasan. Bu haqda kimisə danışdırmaq, kimdənsə nəsə soruşmaq asan deyil. Hər kəs etdiyini gizli saxlamağa üstünlük verir. Zatən bu, hər kəsin intim dünyasıdır.

 

Kimi dindirsən deyəcək ki, virtual seks pis şeydir.

 

Necə ki, televizor ilk çıxan zamanlarda onu şeytan əməli adlandırırmışlar. Televizoru cəmiyyət üçün təhlükəli hesab edənlər də varmış. Sonradan televizor o qədər geniş yayıldı ki, insanlar üçün adiləşdi.

 

Eyni reaksiyanı biz virtual seks haqqında da görürük. İnternet dünya tarixində yeni hadisə olduğundan virtual seks anlayışı da yenidir. Ancaq dərinliyinə varsaq, görərik ki, virtual seks internetdən qabaq da var idi. Televizorda porno videolara, jurnallarda porno şəkillərə baxıb masturbasiya ilə məşğul olmağın özü də virtual seksin başqa bir forması idi.

 

Ümumiyyətlə, məsələlərə bir tərəfli yanaşmaq doğru deyil. Ona görə də biz virtual seksin müsbət və mənfi cəhətlərini üzə çıxarmalıyıq.

 

Öncə bu suala cavab axtaraq: virtual seks nədir?

 

Virtual seks cinsi aktın fiziki təmas yolu ilə deyil, beyində canlandırlaraq yaşanılmasıdır. Məsələn, yuxusunda sevişən kişinin cinsi orqanının ereksiya vəziyyətinə çatması və sonra orqazm olması virtual seksə nümunədir. Müasir dövrdə internet texnologiyalarından istifadə edərək tərəflərin virtual sekslə məşğul olması geniş yayılıb və bu, virtual seksin kiber seks adlanan növüdür.

 

Əgər normal cinsi aktla məşğul olmaq mümkündürsə, niyə insanlar virtual seksə üstünlük verirlər? Bunun bir çox səbəbləri var. Bu, həm də virtual cinsi əlaqənin müsbət tərəfləridir.

 

Birincisi, araşdırmalar göstərir ki, internetə girən insanların 80 faizi özləri haqda doğru olmayan məlumatlar verirlər. Bu da onların özlərini rahat hiss etmələrinə gətirib çıxarır. Həyatda adi satıcı işləyən biri internetdə vəkil, tibb bacısı, həkim, menecer, prodüser ola bilər. Yəni cəmiyyətdə tutduğu mövqeyə görə burda statusu süni şəkildə artırmaq çox rahatdır.

 

İkincisi, məkan məsələsi ilə bağlıdır. Canlı əlaqə müəyyən zaman və məkan çərçivəsində baş verməlidir. Ancaq virtual münasibətlərdə isə hər iki tərəf öz evində rahat şəkildə oturub kompüter, yaxud telefon vasitəsilə işini görə bilir.

 

Üçüncü məsələ insanların real cinsi akt zamanı utanması, çəkinməsi, uğursuzluqdan qorxmasıdır. Əlbəttə ki, real münasibətlər zamanı göstərə bilmədiyimiz, bacarmadığımız performansı virtual münasibətlərdə göstərmək çox rahatdır.

 

Dördüncüsü, partnyorun tapılmağının rahatlığıdır. Müxəlif çatlar, sosial şəbəkələr, səhifələr, eləcə də virtual seks təklif edən saytlar bu hallarda insanların köməyinə çatır. Virtual sekslə məşğul olan kişilərlə söhbət etsəniz, onların çoxu sizə etiraf edəcək ki, qarşı tərəf çox vaxt ya dul, ya da evli qadınlar olub. Ailədə qarşı tərəfdən normal münasibət görməyən, istədiyi cinsi həzzi ala bilməyən, bəlkə də seks obyekti kimi tamamilə unudulmuş qadınlar virtual sekslə məşğul olmağa üstünlük verirlər.

 

Bəs başqa adla, başqa foto ilə internet dünyasında tamamilə yad bir kişi ilə virtual sekslə məşğul olan qadın xəyanət etmiş qadın sayılırmı? Bu isə başqa bir mövzudur əlbəttə.

 

Biz virtual seksin əsas üstünlüklərindən danışdıq və "niyə” sualına qismən cavab tapmağa çalışdıq. İndi isə əks sualı verək: niyə yox? Yəni virtual seksə bir də mənfi aspektdən yanaşaq.

 

Burda məsələni çox uzatmağın mənası yoxdur yəqin ki. Canlı söhbət etmək yaxşıdır, yoxsa virtual? Youtubeda Tarkan dinləmək yaxşıdır, yoxsa canlı konsertdə olmaq? Düzünü deyin, kinoteatrda - böyük ekranda, güclü səs imkanlarının olduğu yerdə kinoya baxmaq daha yaxşıdır, yoxsa kompüterdən baxmaq? Əlbəttə, reallığın yerini heç nə vermir.

 

Aseksuallıq haqda danışan psixoloqlar deyirlər ki, burda virtual seksin də mühüm rolu olur. Yəni virtual münasibətlərə üstünlük verən insanların real əlaqələrdən qopma şansı da yüksəkdir. 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri