Romantik cinsi əlaqənin yolları

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 8 230
Səs ver:
(səs: 1)
Əlaqənizə eyni anda həm romantizm həm də seksapel qatmaq üçün yoldaşınızın cib telefonuna və ya e-poçt ünvanına "Səninlə olmağı çox istəyirəm, kaş ki indi yanımda olasan" bunun kimi bir mesaj göndərin. 
İlk tanış olduğunuzda istifadə etdiyiniz ətir onun yaddaşından heç silinməmişdir. Qoxu mütəxəssisləri, qoxuların çox qüvvətli xatırladıcı xüsusiyyət daşıdığını söyləyir. O qoxunun eynisini istifadə edərək romantik dövrlərinizi xatırladın ona. 
Əlaqənizin ilk zamanlarında necə də utancaq olduğunuzu xatırlayın. O həyəcanı yenidən yaşamağa nə deyərsiniz? Eynilə ilk zamanlardakı kimi utancaq bir qadının tam olaraq soyuna bilməməsi rolunu oynayın. Tamamilə soyunmaqdan imtina edib, iç paltarlarınızı çıxarma zövqünü yoldaşınıza buraxın. 
Yatağa girin və yoldaşınıza yüksək səslə seksual bir roman ya da hekayə oxuyun. Bir az oxuduqdan sonra kitabı yoldaşınıza verin, bir müddət o sizə oxusun. Normal şərtlərdə söyləməkdən çəkindiyiniz şeyləri kitabdan oxucu kimi söyləyə bilmə şansınız da doğulmuş olar. Bu oyun, erotik film təsiri yaradaraq ikinizin də seks istəyini artıra bilər. 
Sərt toxunuş hər vaxt daha seksual olmaq mənasını vermir. Bir-birinizə yumşaq hərəkətlərlə toxunmağa çalışın. Hiss etməkdə belə çətinlik çəkilən toxunuşlar bədənlərinizə fərqli bir elektrik verər.
Qadın və kişinin yan yatıb iç- içə sarıldıqları bu mövqe, ən romantik, ən sevgi dolu seks mövqelərindən biri. Qaşıq mövqesində birlikdə, eyni ritimle nəfəs alıb verməyə başlayın. Bu şəkildə bir-birinizin bədən dilindən təsirlənib, özünüzü yoldaşınızın bədəninin və ruhunun bir davamı kimi hiss edəcəksiniz. 
Seksdən sonra aranızdakı istiliyi davam etdirin. Birlikdə duş alın və sarılaraq yatın.

/Mənbə:Qadınlar.Biz/
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 8 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri