Yuxuda sevişənlərin dərdi nədir? – PSİXOLOQ YAZIR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 166
Səs ver:
(səs: 0)
Yuxu və yuxugörmə nədir? Yuxu insanın psixo-fizioloji aktı olub, yatarkən subyektiv hisslər keçirmə qabiliyyətidir. Bu hisslər görmə, dad, və s ola bilər. Yuxunun tam mexanizmi və səbəbi öyrənilməyib. Amma hələ qədimdən yuxuya qeyri-adi və fövqəl-təbii qüvvələrlə əlaqəli hadisə kimi baxırdılar. Bütün keçmiş hökmdarlar öz yuxularını yozmaq üçün saraylarında münəccimlər saxlayıblar. Yüz, min, hətta 10 min il əvvəl yuxunu və onun sirlərini açmaq istəyiblər. Hətta bəzən dövlətlər də hökmdarların yuxuda gördükləri və aldıqları qərarlarla idarə ediliblər.
 
Antik dövrlərdən yuxuların yozulması açılması müxtəlif təriqətlər, dinlər, xalqlar və inanclara görə dəyişirdi. Təbii ki, illər keçdikcə bu düşüncələr də dəyişirdi. Məsələn, Asiya xalqlarında yuxuda öd görmənin yozumu Avropa və Afrikada başqa cür idi. Təbii ki, bəzən də bu insanların və hakimiyyətin maraqları çərçivəsində saxlanılırdı.
 
Texnikanın inkişafı hər şeyi dəyişdi. Artıq yuxugörmələrlə bağlı elm sahəsi var. Bu oneyrologiya adlanır. Yuxular müxtəlif olur. Onlar bəzən yadda qalan və parlaq, rəngli,  bəzən solğun və yadda qalmayan, rəngsiz olur.
 
Yuxuda mövzular və hissiyatlar müxtəlif ola bilər. Buraya minlərlə mövzu qeyd etmək olar. Bu mövzulardan biri də seks və cinsəllikdir. Yuxu insanın beyninin özündən asılı olmadan yaratdığı obrazlardır. Bu obrazların yaranma səbəbi həmin insanın həyatında olmuş, olan və bəzən də yaşanacaq hadisələrlə sıx bağlıdır. İnsan həyatda çatmadığı istək və arzuları yuxuda görmək və təsəvvür etmək istəyir. Amma bu, bütün yuxulara aid edilə bilməz. Təsadüfən deyil ki, bəzi alimlər dünyəvi kəşflərini yuxuda görüblər. Nyuton, Mendeleyev və s.
 
İnsan yuxuda beyin qabığının nəzarətindən artıq dərəcədə azad olur. Və artıq beyin qabığı qabığaltı nüvələrin təsirinə düşmədiyi üçün "düşüncələrin azadlığı" baş verir. Qabıqaltı necə işləyirsə, yuxular da o qədər mürəkkəbləşir.
 
Yuxuda seks də bura aiddir. Çox az hallarda yuxuda seks hansısa digər həyat hadisəsi ilə bağlı ola bilər. Adətən seks birbaşa özü-özü ilə əlaqədardır. Bu nə deməkdir?
 
Götürək tipik azərbaycanlı ailəsini: Yaxşı ailə, hörmət, sevgi, tərbiyə və ən əsas da tabu və qadağalar. 1 il, 5 il, 10 il, davam edən adiləşmiş seksual ailə münasibəti... Ancaq insan beyni axtarışdadır. Yeni və qadağaları aşma insanın şüuraltı təbiətidir.
 
Şüuraltı nədir?
 
Şüuraltını öz körpə uşağınız kimi təsəvvür edin, o, sizindir, amma heç də hər zaman sizin dediklərinizi eləmir. Siz deyəndə "ay uşaq, bu konfeti yemə”, "elektriklə oynama” o daha da oynamaq istəyir, ya uşağa hansısa bir oyuncağı qadağa edin, həmin an körpənin ona meyli daha da artacaq.
 
Yuxuda seks də bu formadadır. İnsan normal həyatda edə bilmədiyi, ala bilmədiyi həzzi yuxuda seks formasında yaşayır. Bunun səbəbi adətən partnyorla psixoloji yaxın olmamaqdadır. Məsələn kişilər "bu, mənim həyat yoldaşımdı, bu, ayıbdı, ondan nəyi, necə soruşum?” və s.  kimi suallarla aciz, qadınlar isə oz hüquqlarını bilmədən "əgər mən seksdə bunu istəsəm, hansısa cür istəsəm həyat yoldaşım nə düşünər? və s”.
 
Bu səbəbdən də seksual münasibətlərin daha aydın olması üçün insan seksi ucuzlaşdırmamalıdır. Ailədə yatağa küskün girilməməlidir, seks cütlüyün qarşılıqlı harmoniyası olmalıdır və daima inkişaf etməlidir. İnkişaf dedikdə həm qadın, həm də kişinin öz partnyorunun seksual istəklərinin və fantaziyalarını necə təmin etmək, necə yerinə yetirmək, monotonluqdan qaçmağı nəzərdə tuturuq. Bütün bunlara baxmayaraq, hətta ideal münasibəti olan insanlar da bəzən izahsız seksual yuxu görə bilərlər. Hər bir seksual yuxu əgər problemlə qaynaqlanırsa, o aradan qaldırılmalıdır. Yuxu aldatma, mazoxizm, sadizmlə əlaqəlidirsə, buna insan özü qadağa qoymalı və baryer yaratmalıdır. Çünki bu arzuolunmayan nəticələrə gətirə bilər.
 
Bu sadaladıqlarımızdan başqa seksomaniya deyilən bir psixiatrik hal da var ki, bu zaman insan yuxudaykən qəflətən ayılıb sekslə məşğul olmaq arzusuna düşür. Bu zaman o, yuxuda olur, və "ayılıb" partnyoru seksə təhrik edir. Bütün hərəkətləri real həyatdakı kimi olur, ancaq prosesi ağıllı dərk etmir. Bəzən qaba və kobudluğa, hətta vəhşiliyə yol verir. Bunu qəsdən yox, dərk etmədən edir. Səhər ayıldıqda heç bir şeyi xatırlamır. Ümumən bu xəstəlik LUNATİZMin bir novüdür. Lunatiklər gecə ayılıb gedirlər, qapını açırlar, gəzirlər. Səhər isə heç bir şey xatırlamırlar. Son dövrlərdə aşkarlanıb ki, seksomniya yuxuda boğulma və xoruldama ilə çox əlaqədardır. Bu beynin oksigen təchizatının azalması ilə baş verir. Amma bu da bütün xəstələrə aid deyil.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri