Menstruasiya dövrü və cinsi əlaqə

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 27 789
Səs ver:
(səs: 1)
Cinsi həyatınızdakı balanssızlıqdan menstruasiya dövrünüzün məsul oldugunu bilirdinizmi? Bildiyiniz kimi menstruasiya dövrü, artıma çağında olan bir qadında ortalama 28 gündən bir təkrar edən müddətə verilən addır. Bu dövr, son menstruasiya  tarixinin ilk günündən bir sonrakı menstruasiya tarixinin ilk gününə qədər keçən zaman olaraq hesablanır və bu müddət içində bədənimiz və ruh halımız ifraz etdiyimiz hormonlar uyğun olaraq dəyişir. Təbii cinsi istəyimizin dozası da... Bu səbəbdən əgər bu dövrü yaxşı təqib etsək, seksə ən uyğun olduğumuz dövrləri əvvəldən bilə bilərik. Heç olmasa pis bir təcrübənin bəzən yalnız menstruasiya dövrümüzün mənfi bir dövründə olduğundan qaynaqlandığını bilərik və ürəyimiz rahat olar.

 

1-5. gün arası: Menstruasiyanın  ilk beş günündə hormon səviyyəmizdəki aşağılıq, bədənimizi və psixologiyamızı da təsir edir: Östrojen əskikliyi bədənimizin daha solğun, saçlarımızın daha cansız, əhvalımızın daha xarab olmasına gətirib çıxarır. Bunun yanında dərimiz yağlanır, üzümüzdə sızanaqlar çıxır. Qan itkisi üzündən gücdən düşürük, bəzən şiddətli qarın ağrıları çəkirik və dolayısilə özümüzü seks fikirinə çox da yaxın hiss etmirik.

6-12. gün arası: Bomba kimi bir həftə bizi gözləyir. Östrojen artır, bərabərində özümüzü daha yaxşı hiss etməyə başlayırıq. Bədənimizin artıq tək bir məqsədi var: Hamilə qalmaq. Saçlarımız parlayır, dərimiz çəhrayı və parıltılı bir rəng alır, bütün hisslərimiz hərəkətə keçir və immunitet sistemimiz güclənir. Qısacası bu dövrdə seksə getdikcə daha isti baxırıq.
 
 
13-15. gün arası: Bu iki gün boyunca ağılımız fikirimiz yataqda olur. Ayrıca ətrafımızdakıların da bizimlə daha çox maraqlandıqlarını fərqinə varıb təəccüblənirik. Halbuki bunun səbəbi, östrojenin təsiri ilə yaydığımız qoxuların yaratdığı çəkiliş təsiri... Cinsi əlaqədən aldığımız zövq ən üst sviyyəyə çıxır və özümüzü çox enerjili və məhsuldar hiss edirik. Unutmadan, bu dövrün idmana ağırlıq vermək üçün də gözəl olduğunu ifadə edək. Çünki östrojen bədəndəki yağların yandırılmasını asanlaşdırır.
 
 
16-28. gün arası: Bu dövrdə əvvəl rahatlayır, sonra gərilirik. Belə ki,östrojen səviyyəmiz düşərkən, progesteron səviyyəmiz yüksəlməyə başlayır və rəhmi ola biləcək bir hamiləliyə hazırlayır. Progesteron bizi rahatlaşdırıb boşaldır, lakin mənfi bir tərəf təsiri də var: Səviyyəsi yaxşıca yüksəldiyində bədəndəki suyu tutur və sinələrimiz ona görə şişib ağrıyır. Ayrıca kilo da alırıq, amma bu keçici bir vəziyyətdir. Menstruasiyadan  dərhal əvvəl progesteron səviyyəsi bir anda sürətlə düşür və menstruasiya əvvəli sindromu ortaya çıxır. Bu səbəbdən bu çətinlikli dövrdə bir dəfə daha seksdən uzaqlaşmağa başlayırıq. Ta ki, bir sonrakı zövq dövrünə qədər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 27 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri