Qadınları seksdən uzaqlaşdıran – 10 SƏBƏB

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3544
Paylaş:
Səs ver:
(səs: 0)

 

Bu gün kişilər cinsi problemləri ilə bağlı rahat şəkildə həkimə müraciət etsələr də, qadınlar çox zaman bundan çəkinir, cinsi xəstəliklərini gizlətməyə çalışırlar. Onlar nə həkimlə, nə də həyat yoldaşları ilə bu narahatlıqlarını bölüşmürlər. Çünki yanlış başa düşüləcəklərindən qorxurlar.

 

Bütün bunlara görə kişi və qadınlarda rast gəlinən cinsi problemlərlə bağlı həkimə müraciətlər barədə statistika çıxarılarkən, qadınlara nisbətən kişilərin cinsi problemlərlə bağlı həkimə tez-tez müraciət etdiyi faktı üzə çıxır. Əslində isə mütəxəssis rəylərinə görə, qadınlar kişilərə nisbətən cinsi problemlərdən daha çox əziyyət çəkirlər.

 

27 müxtəlif ölkədən olan 12 minə yaxın qadın arasında aparılan sorğu nəticələri belə deməyə əsas verir ki, hər on qadından altısının cinsi istəksizlik problemi var. Onlar intim münasibətlərindən zövq ala bilmirlər. 29 ölkədən olan 30 minə yaxın qadın arasında aparılan digər bir sorğu nəticəsinə görə isə qadınların 40 faizinin heç olmasa bir cinsi problemi var. Bundan əlavə 3800 qadının iştirak etdiyi digər bir araşdırmanın nəticələri belə deməyə əsas verir ki, qadınları seksdən uzaqlaşdıran bəzi incə məqamlar var. Həmin səbəblər bunlardır:

 

1. Münasibətdəki duyğusal problemlər

2. Gün ərzində yaşadıqları stres, yorğunluq, ev, iş, ailə həyatındakı sıxıntılar

3. Özünün də xəbəri olmadan günbəgün inkişaf edən hansısa bir xəstəlik və yaxud əvvəl keçirdiyi bir əməliyyat

4. Tərəf müqabilinin-kişinin cinsi problemləri- erkən boşalma, sərtləşmə, cinsi istəksizlik və.s

5. Özünün cinsi problemləri - vajinismus, orqazm ola bilməmək, cinsi münasibətdə arzuladıqlarını yaşamaması

6. Depresiya, stres əleyhinə istifadə etdiyi hansısa dərmanlar

7. Cinsi maarifləndirmənin aşağı səviyyədə olması və yaxud da inyim münaibət haqqında yanlış məlumatlandırılma

8. Yaşam tərzi,müxtəlif zərərli vərdişlər (zərərli qidalanma, artıq çəki, siqaret, içki istifadə etmək)

9. Cinsi istəkləri, problemlər haqqında həyat yoldaşı ilə danışmağa çəkinmək.

10. Həmişə eyni qaydalar üzrə təkrarlanan, heç bir həyəcan, maraq olmadan yaşanılan cinsi əlaqə

 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 3544
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook