Gabrielle Morriseydən cinsəl tövsiyələr

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 10113
Paylaş:
Səs ver:
(səs: 1)
Cinsəllik və əlaqə eksperti Gabrielle Morrisseydən yataq otağında özünüzü daha seksual, daha cəsur hiss etmənizi təmin edəcək möhtəşəm məsləhətləri sizə təqdim edirik.

Özünüzü cazibədar hiss etmirsiniz? Əlaqə və seks eksperti Gabrielle Morrissey yataq otağında özünüzə güvənmənizi təmin edəcək 5 ipucunu sizinlə paylaşır.
Həyatımızı bəzi dövrlərində özümüzü cazibədar və gözəl hiss etməməmiz təbii bir duyğudur. Özünüzü yorğun, yaşlanmış, gücsüz ya da çirkin hiss edə bilərsiniz. Ya da bir müddətdir partnyorunuz tərəfindən arzulanmadığınızı hiss edə bilərsiniz.
Bəlkə də özünüzə güvən duyğunuz, dərin bir yerdə gizlənir. Səbəbi nə olursa olsun, hər kəsin eyni mənfi duyğulara qapıldığı dövrlər mütləq olar və hər kəs cinsəl həyatının daha yaxşı olmasını və bu mövzuda özünə daha çox güvənə bilməyi istər.


Müsbət düşüncə
Özünüzdə ən çox nəyi bəyənirsiniz? Bu bəyənmə fiziki olmaq məcburiyyətində deyil. Özünüzdə olduğu üçün xoşbəxt olduğunuz hər hansı bir xüsusiyyət ola bilər. Məsələn bir xarakter xüsusiyyəti belə ola bilər.
Ən yaxşı xüsusiyyətlərinizi önə çıxarın və bunları hər gün müsbət yöndə qiymətləndirin. Özümüzlə əlaqədar mənfi düşüncələrimizin başqalarının dediklərindəm 10 qat daha təsirli olduğunu hamımız bilirik. Müsbət düşünün və özünüzə güvənin!

 
Dəyişmə!
Dəyişmə hər vaxt gözəldir! Saçınızı dəyişmək kimi kiçik bir dəyişiklik ya da işinizi dəyişdirmək, yeni bir hobbi əldə etmək və ya evinizi dəyişdirmək kimi böyük bir dəyişmə özünüzü daha yaxşı hiss etdirə bilər.
Özünüzə güvənin və enerjili olun. Həyatınıza müsbət enerjilərin daxil olması özünüz haqqında düşüncələrinizi dəyişdirər. Hər vaxt yeni bir baxımdan özünüzə yaxınlaşa bilməniz üçün əvvəl fərqli bir dünyagörüşünə sahib olmalısınız.

 
Hərəkətə başlayın!
Nə qədər çox hərəkət etsəniz o qədər çox endorfin hormonu ifraz olunar. Endorfin bizə xoşbəxtlik və həyata sevinci verən bir maddədir. Bu səbəblə özümüzü dıxıb bir kresloda serial izlədiyimiz zaman özümüzü idman etdiyimiz saatlara nəzərən daha yaxşı hiss edərik.
Məşq təkrarlananınıza bir az temp qazandırmaq bədəninizi də təsir edəcək. Hamımız bilirik ki özümüzü seksual hiss edib hiss etməməmiz psixologiyamızla əlaqəli olduğu qədər bədənimizi sevməmizlə də əlaqəlidir.

 
Özünüzə zaman ayırın!
Həyatın çətin tempindən ayrılıb özünüzə zaman ayırın! Salona getmək üçün zaman tapa bilmirsinizsə, yaradın. Əylənin! Yoldaşlarınızla əylənməyə gedin. Geyinin, bəzənin, daha əvvəl sürtmədiyiniz qədər canlı bir rəngdə dodaq boyası sürtün! Paltarlarınıza diqqət yetirin.
Qulağa əhəmiyyətsiz gəlsə də, özünüzə diqqət göstərdiyiniz zaman güvən duyğunuz artar. Gözəl diqqətli iç paltarları da yataq otağında özünüzə etibarınızı və seksapelinizi artırar!

 
Cinsəlliyə cəmlənin!
Partnyorunuzla cinsi həyatınızı canlandırmaq üçün romantik axşam yeməkləri təşkil etməniz sizcə seks həyatınız üzərində nə qədər təsirli ola bilər? 
Əgər əlaqənizdə hər hansı bir ünsiyyətsizlik yoxdursa uzun zamandır geyinmədiyiniz seksual paltarlarınızı şkafdan çıxarmanın və özünüzü ehtiraslı bir gecə üçün hazırlamanızın vaxtı gəldi.
Cinsəl həyatınızı yaxşılaşdırmaq üçün cinsəlliyə mərkəzlənməniz lazımdır. Partnyorunuza onu arzuladığınızı açıqca bildirin. Bundan mütləq çox təsirlənəcək və sizə eyni şəkildə cavab verəcək.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 10113
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv