İlk gecə qorxusu

Müəllif: KRALİCEM
Şərhlər: 7
Baxılıb: 9 179
Səs ver:
(səs: 2)
İlk gecə qorxusu xüsusilə  yeni evlənəcək cütlərin başlarını  məşğul edən problemlərdən biridir.

Evləndiyimiz adam aşiq olduğumuz biri olsa belə,  ilk dəfə yaşanacaq cinsi əlaqə yüngül qayğı və qorxu meydana gətirməkdədir...

Bunun səbəbləri  isə biliksizlik,  təcrübəsizlik, ətrafın bu mövzuya yanaşması, səhv məlumatlandırılma, şişirdilmiş məlumatlar sayıla bilər.

İlk gecəylə əlaqədar bir çox MİF (səhv məlumat və inanc) vardır. Bunlardan ən çox "qanama olacaq" və "ağrıyacaq"  mifi   qorxunun meydana gəlməsinə səbəb olur. İlk gecəylə əlaqədar eşitdiyimiz əhvalatlar, dost və rəfiqələrimizin izah etdikləri, ya da yaxınlarımızın bizə söylədikləri qayğılarımızı artıra bilir. Bu mövzuda  "hər şey dəyişəcək" kimi şişirdilmiş nəticə gözləmək isə çox gərəksizdir.

İlk təcrübədə iki tərəf də əslində həyəcanlıdır, çünki onlara görə ortada həll etmələri lazım olan bir iş vardır. "Bəkarəti almaq, qızlığı pozmaq və işi həll etmək"...  bütün bunlar   gərginlik yaradır.

Əslində əlaqə qədərincə bir ön sevişmə ilə ereksiya reallaşdıqdan sonra həyata keçirilməlidir. Qadının cinsi orqanının islanmadığı, lakin vagina əzələlərinin rahat olduğu vəziyyətlərdə əlaqə reallaşa bilər, ancaq qadının canı ağrıya bilər, çoxlu qan da gələ bilər. Halbuki cinsi əlaqənin təbiətində qan və acı-ağrı yoxdur. Cinsəlliyin təbiətinə zidd davranıldığında isə istənməyən nəticələr ola bilir. Bunların yaşanmasına da cinsi məlumatsızlıq,  davranış çatışmazlığı, fiziki və romantik hazırlığın kifayət qədər olmaması səbəb olur.

Əgər ilk cinsi birləşmədə, hər iki tərəf  rahatdırsa, yaxşı bir ön sevişmə edilirsə, islanma varsa, pelvik əzələlər rahatsa, sakit-sakit giriş reallaşdırılırsa qanama bəzən olmaya da bilir.  Bəzən də bir azca qəhvəyi, ya da çəhrayı ləkə ola  bilir. Cinsi əlaqə qarşılıqlı sevgi, xoş aura və hər iki tərəfin də istəklərini düşünərək yaşandığında ağrı hiss etmək söz mövzusu belə deyil.

İlk dəfə yaşanacaq cinsi əlaqə qayğısına   nəzarət etmək əhəmiyyətlidir. İlk gecəyə gərəyindən çox əhəmiyyət vermək, şişirtmək və narahatçılıq mənfi nəticələrə səbəb ola bilir. Məsələn; qadınlarda vaginizm, ağrılı cinsi əlaqə, kişilərdə ereksiya problemləri kimi...

Hər iki tərəf üçün  əhəmiyyətli olan ilk birləşmə, qarşılıqlı sevgi və istəklə rahatca yaşana bilər. Ünsiyyəti doğru qurmaq, özümüzü, qarşı tərəfi doğru ifadə edə bilmək və dinləyə bilmək, qayğılarımızı, maraqlarımızı paylaşa bilmək, bir-birimizi kəşf edərkən səbirli və sakin olmaq əlaqənin rahat yaşanmasında  cütlərə köməkçidir.

İlk gecə qorxusunu ortadan qaldırmaq üçün evlənmədən əvvəl ilk gecəylə əlaqədar elmi dəstək ala biləcəyiniz mütəxəssislərə müraciət etməniz və elmi qaynaqlardan məlumat almanız faydalıdır.

Şişirdilmiş və səhv məlumat sizi narahat edərkən, doğru məlumat sizi rahatlaşdıracaq...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri