Qadınlar yataqda bunlardan həzz alır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 49 224
Səs ver:
(səs: 8)
Qadınların bədənini nə qədər yaxşı tanısanız, yataqda unudulmayan adam olmağa da o qədər yaxın olarsınız.

Qadınların bədəninin bəzi bölgələri daha tez təhrik olmağa meyillidir. Bunu bilən kişilər hər bir qadına yataqda həzz verməyi bacarırlar. Unutmayın ki, bir qadını xoşbəxt etsəniz, o sizdən başqasına baxmayacaq. Əsla xəyanətə uğramayacaq və daim seviləcəksiniz. Bunun üçün romantik, səbirli, anlayışlı olmaq yanaşı yataqda keçirdiyiniz saatların da önəmi var.

Bəs qadının orqazm olmasına kömək edən və yataqda daha çox həzz almasına səbəb olan həmin bölgələr hansılardır?

Beyin
Bəli, nə qədər qəribə gəlsə də, qadın seksdən zövq almağa ilk öncə beyinlə qərar verir. Ona görə də partnyorunuzla sekslə məşğul olmaq istədiyiniz vaxt baxımlı olmağa diqqət edin. Əks halda o özünü seksə hazır hiss etməyəcək.
Həmçinin şəhvətli baxışlar, seksə dəvət edən romantik cümlələrlə də qadını yataq otağına getməyə razı sala bilərsiniz.

Saçlar
Qadınların çoxu saçlarına toxunulmasından həzz alır. Onun saçlarını oxşayın, qoxulayın. Bütün bunlar qadının seksdən daha çox zövq almasına səbəb olacaq.

Boyun
Qadınlar boyunlarının öpülməsindən inanılmaz dərəcədə zövq alırlar. Sevişmə zamanı yavaş-yavaş boyundan öpərək qulaqlara keçmək qadını orqazma hazırlayır. Bu zaman ehtiyatlı olun və iz qalmayacaq şəkildə öpün.

Kürək
Bəlkə də kişilərin çoxunun xəbəri belə yoxdur ki, qadınlar kürəklərinin öpülməsini çox xoşlayırlar.
Qadının ən çox təhrik olduğu bölgələrdən biri də kürəkdir. Əvvəlcə onun kürəklərini masaj edin, daha sonra yavaşca öpün.

Dodaqlar
Dodaqlardan zövq alındığını bilməyən yoxdur. Ancaq qadınlar sadəcə öpüşməkdən deyil, həm də dodaqlarına barmaqlarınızla toxunub sus işarəti verməyinizdən zövq alırlar.

Sinə
Sinə qadınların ən çox zövq aldığı nahiyələrdən biridir. Kişilər də qadın sinəsinə toxunmaqdan zövq aldıqları üçün bu mövzuda anlaşırlar.

Omba
Kişilərin qadın bədənində ən çox diqqətini çəkən bölgə bəlkə də ombadır. Iri sinəli və ombalı qadın bütün kişilərin xəyallarında yer alır. Elə qadınlar da ombalarına toxunulmasını çox xoşlayırlar. Partnyorunuzun yataqda zövq alması üçün bu nöqtələrə toxunmağı unutmayın.
(səs: 8)
Şərhlər: 6
Baxılıb: 49 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri