Sevişmək öpüşməkdən başlayır (+18)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 38 984
Səs ver:
(səs: 2)
 

Öpüşməyi bacarırsınızmı? Çoxunuz bu suala belə cavab verəcəksiniz: "Burda nə var ki, bacarmayaq da?!”

Ola bilər ki, çox adam bacarır. Bir-iki dəfə öpüşəndən sonra hamı üçün adiləşir öpüşmək. Ancaq biri var bacarmaq, biri də var yaxşı bacarmaq.

Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq.

Bu barədə yazılmış mətnləri oxuduq.

Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtiraslı öpüşməyin yollarını təqdim edirik.

Sevişmək öpüşməkdən başlayır


Sevişmək öpüşməkdən başlayır. Yaxşı öpüşmək həm də münasibətləri maraqlı və uzunömürlü edir.

Boş yerə demirlər ki, yaxşı öpüşən sevgili dünyanın yarısı deməkdir.

Öpüşün yaxşı olması üçün aşağıdakılara diqqət yetirmək lazımdır:


Ağızdan gələn iy

Öpüşməzdən qabaq ağzınızdan pis iy gəlib gəlməməsini yoxlamalısınız. Uzun müddət ac qaldıqda, yağlı, ətli yeməklər yedikdən, spirtli içkilər içdikdən sonra ağızdan pis qoxunun gəlməsi normaldır. Bu qoxuyla da görüşə gedib, sonra öpüşdükdə fəlakət qopur. Qoxunu aparmağın bir çox yolları var. Ancaq ən asan yol təbii ki, nanəli və ya meyvəli saqqız çeynəməkdir.

Ehtiraslı nəfəs

Nəfəs cinsi akt zamanı önəmli olduğu kimi, öpüşmədə də önəmlidir. Nəfəs ehtirasın siqnallarıdır.

Öpüşmək üçün iki bədən bir-birinə yaxınlaşıb, dodaqlar arasında cəmi bir neçə santimetr məsafə qalan zaman yüngül nəfəs səsinin gəlməsi və isti nəfəsin qarşı tərəf dodaqlarına toxunması öpüşü daha ehtiraslı edir.

Xırda oyunlar

Çalışmalısınız ki, öpüşməkdən alacağınız həzzi artırasınız. Bu zaman siz qarşınızdakının da aldığı həzzi artırmış olursunuz. Bunun üçün xırda "hoqqalar çıxarda” bilərsiniz. Məsələn, dodaqlar iç-içə keçmədən, dodaqlarınızı sevgilinizin dodaqlarına yüngülcə toxundurmağı sınaqdan keçirin. Onun yaşadığı həzzi gözlərinizlə görəcəksiniz.

Tələsmək olmaz

Yaxşı öpüşmək istəyirsinizsə, qətiyyən tələsməyin! "Təhminə” filmində deyildiyi kimi - "Tələsmə, Zaur!”. Yuxarıda bəhs etdiyimiz oyunları davam etdirin. Onun dodaqlarının ətraflarına xəfif öpüşlər qondurun.

Dodaqları sıxın...

Partnyorunuzun əvvəlcə alt dodağını, sonra isə üst dodağını öz dodaqlarınızın arasına alın. Amma çox da bərk sıxmamağa çalışın. Əgər bu öpüşməyin axırı, babat bir intimlə nəticələnəcəksə, onda onun dodaqlarını öz dodaqlarınız arasında bərk sıxmağa başlayın…

Fransız öpüşü

Çoxunuz fransız öpüşünün nə olduğunu yaxşı bilirsiniz. Bilməyənlər üçün təkrar edək. Fransız öpüşündə əsasən dildən istifadə edilir. "Fransızca" öpüşmək istəyirsinizsə, ağzınızı çox aralamayın. Bu mənzərə qarşınızdakı üçün pis görsənə bilər. Dodaqlarınızcı azca aralayaraq öpüşmək, öpüşərkən dilləriniz də bir-birinə toxundurmaq öpüşü daha ləzzətli eləyəcək. Öpüşərkən dilin qarşı tərəfin ağzının içində olması bu stil üçün vacib olan detaldır.


Dişlərinizi gizlədin

Fransız öpüşündə dişlərə diqqət etmək lazımdır. Bəli, bəzən dodaqlara ya da çənəyə dişlərin yumşaq toxunması qarşı tərəfin xoşuna gəlsə də bu öpüşmə stilində dişləri çox da ön plana çıxarmağa ehtiyac yoxdur.


Gözlər

Öpüşərkən gözlərin açıq və ya qapalı olması qarşı tərəf üçün müxətlif mənalar verir. Ürəkdən öpüşən zaman gözləri bağlamaq insanın avtomatik etdiyi hərəkətdir. Qarşı tərəfə bu anı yaşadığınız mesajlarını verir. Eyni zamanda siz də onun gözlərini bağladığını görəndə, ona zövq verdiyinizi anlayır və xoşbəxt olursunuz. Amma gözləri açıq öpüşəndə bunu faciə kimi qəbul etmək lazım deyil. Əksinə, öpüşərkən sevgilinizlə göz-gözə gəlməyin də ləzzəti ayrı olacaq.


Fərqli yerlər

Öpüş prosesi təkcə dodaqlarla başlayıb, dodaqlarla bitmir. Öpmək üçün çox yer var. Başqa yerləri də sınaqdan keçirin. Nəticəsi çox yaxşı olacaq, əmin olun.

 

 

Əllər

Öpüşən vaxtı əllərinizi də boş tutmayın. Məsələn, onun saçlarını oynatmağınız, boynunu, belini oxşamanız, üzünü əllərinizin içinə almağınız həyəcanı daha da artırır.

Bütün bu məsləhətlər öz yerində. Amma unutmayaq ki, fiziki hərəkətlərlə yanaşı, ürəyiniz və ruhunuz da buna hazır olmalıdır. Əgər ürəyinizdə sevgi varsa, bu öpüş dünyanın ən yaxşı öpüşüdür…

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 38 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri