Kişilər nə vaxt seksdən imtina edirlər?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 10274
Paylaş:
Səs ver:
(səs: 3)
Belə bir fikir formalaşıb ki, kişilər həmişə seksə hazır olurlar və heç vaxt sevişməyə yox demirlər. Ancaq bu, heç də doğru fikir deyil.

Bəs kişi nə vaxt və niyə seks istəməz?
1. Yorğun olanda
Yorğun kişi seks sözünü eşitmək belə istəmir. Bəzən partnyorları bundan inciyib kişinin soyuq davranmasının başqa səbəblərini axtarırlar. Amma unutmayın ki, kişilər də insandırlar və yorula bilərlər.

2. Masturbasiya ilə məşğul olanda
Masturbasiya ilə məşğul olan kişi orqazm olduqdan sonra gün ərzində seks istəməyə bilər. Buna performanslarının yaxşı olmayacağına inanmaqları səbəb olur.

3. Qrip
Baş ağrısı, səhhətində problem olanda kişi sekslə məşğul olmaq istəmir. Qızdırma ilə müşahidə olunan qrip kişiləri seksdən soyudur. Onlar özlərini həm fiziki baxımdan yorğun hiss edirlər, həm də xəstəliyi keçirmək istəmədikləri üçün partnyorlarından uzaq dururlar.

4. Vampir kimi qadınlarla qarşılaşanda
Kişilər ehtiraslı qadınlarla cinsi əlaqəyə girməyi xoşlasalar da, onlarla münasibətlərini çox davam etdirmirlər. Hələ üstəlik, bu qadın dişləməyi, cırmaqlamağı sevirsə, kişini qısa zamanda yataqdan uzaqlaşdıracaq.

İzlədiyiniz filmlərin təsirində qalıb çox da canfəşanlıq etməyin. Heç bir kişi vampir kimi onu cırmaq-cırmaq edən, ətini göyərdib qızardan qadınla birlikdə olmaq istəməz.

5. Qadın baxımsız olanda
Gün ərzində iki dəfə yuyunmur, tüklərinizdən vaxtı-vaxtında azad olmursunuzsa heç bir kişi sizinlə yatmaq istəməz. Yəni seks istəməyən kişinin homoseksual olduğunu düşünməkdənsə, özünüzə əl gəzdirsəniz daha yaxşı olar.
 
6. Xəyanət etdikdə
Kişilərin çoxu həyat yoldaşına və ya sevgilisinə xəyanət etdikdən sonra onunla yatağa girməməyə çalışır. Təbii ki, bu ayrılmaq istəyən kişilər üçün keçərlidir. Xəyanəti adi hal kimi qəbul edib, bir əldə iki qarpız tutmağa çalışanlar isə utanmadan, qızarmadan aldatdığı qadınla eyni yatağa girməyə davam edirlər.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 10274
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv