İntim həyat insan üçün nə deməkdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 987
Səs ver:
(səs: 0)
Bir çox hallarda insanlar elə düşünürlər ki, intim münasibətlər yalnız nəsil artırmaq və yataq həzzi üçündür
Bu düşüncədə olanlar haqlı olduqları qədər də yanılırlar. Çünki intim həyat bunlarla yanaşı, insan sağlamlığı üçün tələb olunan qəbul etdiyimiz qida, hava, su qədər vacibdir.

İlk növbədə normal intim həyatı olan insanlar daha cavan və gümrah görünürlər. Müntəzəm olaraq sekslə məşğul olan istər qadınlar, istərsə də kişilər qocalmaya qarşı mübarizə aparmış olurlar.
İntim münasibətdən sonra orqanizmdə endorfin və yuxu hormonları yaranır ki, bu da insanın sağlam yuxusunu təmin edir.
Cinsi akt zamanı qan dövranı yaxşılaşır. Bunun sayəsində beyin və digər orqanlar qan vasitəsilə olsigenlə daha yaxşı təchiz olunur.
Həftədə 3-4 dəfə intim münasibətdə olan insanların infarkt riski, sekslə məşğul olmayan insanlardan bir neçə dəfə aşağıdır.
Mütəmadi sekslə məşğul olanlar piylənmənin və kökəlmənin qarşısını da almış olurlar. Belə ki, insan cinsi münasibətdə olduğu zaman təxminən 200-300 kalori sərf edir.
İntim münasibətlərin faydalarından biri də odur ki, cinsi əlaqə orqanizmin immunitetini artırır.
Müasir dövrdə tez-tez rast gəlinən kişilərdə prostat, qadınlarda mastopatiya xəstəliklərinin qarşısını almaq üçün sekslə müntəzəm məşğul olmaq ən yaxşı vasitədir.
Mütəmadi intim münasibət bədəni formada saxlayır, onun elastikliyini təmin edir. 5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə idman qaçışını əvəz edir.
İntim münasibət insanın stressini, gərginliyini aradan qaldırır, özünəgüvənlik yaradır ki, bu da insanın psixoloji durumuna müsbət təsir göstərir.
Nəhayət, sağlam intim münasibət dünyaya yeni insanın gəlişi və ailənin möhkəmlənməsi deməkdir.
Ən başlıcası isə intim münasibət iki sevən insanın arasında olan incikliyin, umu-küsünün, xoşagəlməz söhbətlərin şirin sonluğudur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 8 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri