Kişilər seks zamanı nə düşünür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 18 096
Səs ver:
(səs: 2)
Kişilərin mimikası seks zamanı çox qəribə, anlaşılmaz görünür. Sanki o, nə ətrafda baş verən hadisələrin, nə də sizin fərqinizdədir. Əksər hallarda kişilər bu zaman tərəf müqabillərinin gözünün içinə baxmamağa çalışırlar və onun verdiyi sualların, danışdıqlarının fərqində deyillərmiş kimi davranırlar. Bəs bu zaman onların nə düşündüyünü, beyinlərini məşğul edən məsələnin nə olduğunu bilirsiniz?
 
Kişilər seksdən əvvəl bir çox məsələ haqqında düşünürlər. Bu zaman onları maraqlandıran əsas mövzulardan birincisi tərəf müqabilini razı salacaq gecə keçirmək üçün etməli olduqlarıdır. Kişilər qadınlarını təəccübləndirmək üçün hər cür vasitədən istifadə etməyə hazırdırlar.

Bir çox kişi elə düşünür ki, intim münasibət zamanı nə qədər gec orqazm olsalar, tərəf müqabilləri bir o qədər razı qalacaq. Buna görə də onlar əllərindən gələn qədər orqazma çatma müddətini uzatmağa çalışırlar. Bu zaman kişinin üzünün qəribə ifadə almasının, sanki qadınını eşitmirmiş kimi davranmasının əsas səbəbi isə onun hazırkı vəziyyətdən başqa hər şey haqqında düşünməsidir. Onlar belə düşünürlər ki, nə qədər çox sizin haqqınızda, indi aldıqları zövq barədə düşünsələr, gecəniz bir o qədər tez bitəcək. Buna görə də o heç vaxt ağlınıza gəlməyəcək şeylər haqqında düşünür.

Kişi üçün keyfiyyət deyil, kəmiyyət önəmlidir. Onun üçün uğurlu gecə maksimum dərəcədə uzun müddət davam edən cinsi əlaqədir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 18 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri