Öpüşün 25 Növü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 564
Səs ver:
(səs: 1)

Niyə öpüşürük?

İnsanlar niyə öpüşürlər? Bu haqda heç düşünmüsünüzmü? Çətin ki. Çünki öpüşməyin ən gözəl tərəflərində biri də məhz budur ki, öpüşərkən ağlına bu sual gəlmir.

Buna cavab tapmaq o qədər də asan deyil. Hamımız yaxınlarımızla görüşəndə yanaqdan öpüşürük. Biri də var sevgililər arasında, dodaq-dodağa ehtiraslı bir öpüş.

İnsanların niyə öpüşdükləri elmə bəlli deyil. Bu haqda çoxlu nəzəriyyələr, fikirlər mövcuddur.

Bəziləri öpüşməyi ilk canlı varlıqların – primatların yeməyi ağızlarında çeynəyib bir-birlərinə ötürməsiylə bağlayırlar. Sonra təkamülə uğramış insanda duyğular daha da inkişaf edib – öpüş sevginin əlamətinə çevrilib.

Dodaqlar dərinin bir parçası deyil. Dodaqların rəngi də dərim izin rəngindən fərqlidir.
Bir-birini sevən bir cütlüyün bundan həzz aldığını inkar etmək olmaz. Yəqin ki, ibtidai icma dövründə yaşayan insanlar müasir dünyadan gələnlərin öpüşdüklərini gördükdə onların bir-birlərini yediklərini sanarlar.

Öpüşmək və buna oxşayan davranışlar heyvanlarda da var. Məsələn, şimpanzelərin insanlar kimi öpüşdükləri bəllidir. Delfinlər bir-birlərinin üzlərini ağızlarının içinə alırlar, canavarlar bir-birlərinin dodaqlarını, itlər sahiblərinin üzlərini yalayır. Deməli, öpüşmək canlıların bir-birlərini yaxşı hiss etməsinə səbəb olur.

Tarixdə öpüşməyin hörmət əlaməti kimi ifadə edilməsini də görürük. Roma imperatorları qabağındakına verdiyi önəmi, bədəninin hansı hissəsini öpməsinə icazə verməklə bəlli edirdi. Məsələn, önəmli adamların imperatorun dodaqlarını, daha az önəmlilərin əllərini, əhəmiyyət vermədiyi adamların isə ayaqlarından öpməyinə icazə verilirdi.

Belə hesab edirlər ki, kişilər arasında dodaq (ruslar), yanaq, əldən öpmək həmin dövrdən qalma ənənədir.

Öpüşməyin sevginin ifadəsi olaraq istifadəsi tarixən yenidir. Öpmək həmişə anaların öz uşaqlarını şəvqət göstərib öpməsi kimi özünü göstərib. Kişiylə qadının öpüşməsi hadisəsi ilk dəfə 16-cı əsr Fransasından başlayır. "Fransız öpüşü” də məhz buradan yaranıb. Bu adət sonralar Avropanın digər hissələrinə, eləcə də Rusiyaya yayılmış, sevginin ifadəsi olaraq toy mərasimlərinin də bir parçasına çevrilib.

İlk öpüşün çox önəmli olması söylənilir. Belə hesab edirlər ki, ilk öpüşün uğursuzluğu həmin münasibətin da uğursuz olması ilə nəticələnir. Çünki öpüş zamanı insan arasında elə bir enerji mübadiləsi baş verir ki, bu mübadilə başqa heç bir yolla gedə bilmir.


...Çünki xeyirlidir


Bugünkü tədqiqatçılar belə hesab edirlər ki, tarix boyunca hörmət əlaməti olaraq bilinən öpüşmək həm də bioloji bir hadisədir. Aparılan təcrübələrdən görünür ki, öpüşmə vaxtı ağız və dodaqlardakı sinirlərin işləməsi nəticəsində ürək döyüntüləri artır, qan dövranı sürətlənir, adrenalin və xoşbəxtlik hormonlarının aktivləşir.

İngiltərənin Lids Universitetində aparılan araşdırmalarda belə nəticəyə gəliblər ki, öpüşmək təkcə romantizmlə əlaqədar deyil. Dodaq dodağa öpüşmək qadınların immunitet sistemini gücləndirir və irəlidə daha sağlam uşaqlar dünyaya gətirən bir ana olurlar. Öpüşmənin qadınlarda xəstəliklərə qarşı müqavimət təmin etdiyinə inanan mütəxəssislər, eyni kişilə öpüşən qadınların hamiləlikdə çox təhlükəli bir virus olan və körpənin ölümünə ya da şikəst doğulmasına gətirib çıxaran Cytomegalovirusa tutulmadıqlarını bəlli olub. Aparılan araşdırmalarda altı ay boyunca eyni kişiylə öpüşən qadınların daha güclü bədənə sahib olduğu ortaya çıxıb.

Lids Universitetindən doktor Kolin Hendri "Medikal Hipotez” jurnalında nümayiş olunan işində "Müəyyən bir kişinin sitomegal virusuna qarşı immunitet qazanmaq yenə ağızdan ağıza xüsusilə də kişiyə görə daha qısa olan qadına tüpürcək axışı ilə reallaşar. Altı ay boyunca müəyyən bir insanla öpüşmək bu bakteriyaya qarşı immunitet təmin edir" deyir.


Öpüşün səkkiz faydası


1. Stressə qarşı yaxşıdır. İnusilin və adrenalin artmasıyla, böyrəküstü vəzlərdə stress hormonlarının azalmasına səbəb olur.

2. Ürək döyüntülərini artıraraq normal idman tempi sayılan dəqiqədə 110-a qaldırır.

3. Ciyərləri gücləndirir. Adi halda dəqiqədə 20 dəfə nəfəs alırıqsa, öpüşən zaman bu say 60-qədər qalxa bilir.


4. Udqunmağa xeyirdir.


5. Qırışların düşmənidir. 3000-ə qədər əzələni hərəkətə gətirir ki, bu da dəriyə və qırışlara çox xeyirdir.


6. Arıqladır. Təsəvvür edin ki, bir saat öpüşəndə 500 yüz kalori itirirsiniz.


7. Peyvənd kimidir. İmunitet sistemini gücləndirir. Öpüşməyin ruhu qanadlandırması da imunitet sistemini gücləndirir.


8. Dişlərə xeyirdir. Tüpürcəyin dövranı sürətləni, diş minası güclənir =))


İnsan öpüşdüyü zaman əsəbləri sakitləşir, dərdlərindən bir müddətlik də olsa uzaqlaşır. Təsadüfi deyil ki, biz öpüşən zaman gözlərimizi yumuruq. Sanki bu dünyadan ayrılıb tamam başqa dünyalara uçuruq. Əlbəttə ki, öpüşən subyektlər arasındakı münasibətin statusu da önəmlidir. Ortada sevgi varsa, əlbəttə ki, bu öpüş daha ləzzətli, daha həzz verici olur.


The art of kissing- öpüşmə sənəti


Çox adam fikirləşir ki, iki cür öpüşmək var: yanaqdan və dodaqdan. Amma professor Viliyam Kana görə öpüşün 25 növü vardır.

Öpüşün növlərinə haqqında uzun illər boyunca araşdırmalar aparmış Uilyam Kanın öpüşmə çeşidlərinə marağı yeniyetmə çağlarından başlayıb. Sevgilisi öpüşərkən gözlərini bağlamadığından şikayət etmiş və buna görə də Kan kitabxanaya gedib öpüşməyin metodları haqqında kitab axtarmağa başlayıb. Belə bir kitabın olmadığını gördükdə özü bu haqda araşdırmalar aparmağa başlayıb.

İndi 44 yaşında olan Kan hələ də subaydır, çünki öpüşünü tənqid edən ilk sevgilisini hələ də bağışlamayıb. Beynəlxalq öpüşmə eksperti olaraq Kan o universitet sənin, bu universitet mənim deyərək gəzib dolanır, mühazirələr deyir, konfranslar keçirir.
"Öpüşmək mövzusunda öyrəndiyim ilk şey odur ki, insanların üçdə ikisi öpüşən zaman gözlərin açıq qalmasını düzgün hesab etmirlər”- deyir Kan- "İlk sevgilim o qədər də haqsız deyilmiş”.

Kanın araşdırması cinslərin arasında da müxtəlif fərqlərin olduğunu ortaya çıxarıb. Məsələn, qadınlar boyun və qulaqdan öpülməkdən kişilərə nisbətən 10 dəfə daha çox həzz alırlar. Kişilərin ən çox xoşladıqları öpüş isə "Fransız öpüşü”dür. "Kişilər ilk görüşdən dillərini istifadə etməkdən çəkinmirlər”- yazır Kan.

Kana görə, qadınlar ərləri və ya sevgililəri tərəfindən uzun müddət öpülməkdən xoşlanırlar. Professor Viliyam Kanın kitabında ayrıntıları ilə izah edilən 25 növ öpüşün içində şirin öpüş, kəpənək öpüşü kimi qəribə adlar var.

Professorun ən sevimli öpüş stili ona bir tələbəsi tərəfindən anlatılan "lip-o-suction” metodudur. Əsasən amerikanlar arasında yayılan bu öpüşün əsas xüsusiyyəti cütlüklərdən biri o birinin alt dodağını, digəri isə onun üst dodağını "yeməsidir”.
"Vakuum öpüşməsi”- partnyorun ağciyərlərindəki və ağzındakı havanı soraraq çıxartmaq şəklində olur. Axmaq bir şey kimi görsənə bilər, amma insanların 50 faizinin bunu heç olmasa bir dəfə sınaqdan keçirtdiklərini də nəzərə almaq lazımdır.
"Elektrikli öpüşmə”- 30-40-cı illərdə populyar olan bu öpüşmədə, cütlüklər ayaqlarını bir-birinə sürtərək bədənlərində elektrik yaradırlar. Öpüşən zaman bu elektrik bir-birinə keçir.

"Şəkər öpüşü”- ağzınızdakı şəkər və ya şokoladı partnyorun ağzına ötürün. Müxtəlif içilərdən istifadə edə bilərsiniz, amma üst-başınızı bərbad etməmək şərtilə.
Professor öz kitabında bu kimi 25 çeşid öpüşü göstərir. Əlbəttə ki, siz öz fantaziyanıza görə yeni növlər də kəşf edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 9 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri