Daim stress altında olan müasir insana gündəlik qayğılar, problemlər
onun özü və ətrafı ilə harmoniyada yaşamağa imkan vermir. Bəs çarə
varmı? Əlbəttə ki, var. Çarə meditasiyadır və yoqadır. Yoqa həm mənəvi,
həm də fiziki cəhətdən insanın yorğunluğu aradan qaldırır. Gərginlik və
stressdən azad edir. Elmi araşdırmalar yoqanın insan üçün aşağıdakı
faydalarını üzə çıxarıb.
Fizioloji təsiri:
Yoqa duruşu düzəldir. Yoqa ilə məşğul insanlarda 2 həftədən sonra
qozbellik və əyrilik müşahidə olunmayıb. Baş, çiyin və qarın duruşu
tamamilə dəyişir.
Yoqa mükəmməl ağrıkəsicidir. Xroniki ağrıları aradan qaldırır.
Mütəmadi olaraq məşğul olsanız, bir müddətdən sonra ağrılarınız azalacaq.
Yoqa artıq çəkidən xilas olmağa kömək edir. Həddindən ziyadə çox yemək
arzusunu öldürür. Həmçinin mütəmadi olaraq yoqa ilə məşğul olan insanlar
şirniyyat xoşlamırlar.
Yoqa cinsi həyatı rəngləndirir. Yoqa qan dövranını sürətləndiridiyi üçün cinsi istəklərin artmasına səbəb olur.
Yoqa bədəni, sümükləri və əzələləri gücləndirir.
Fiziki, əqli gərginliyi və yorğunluğu aradan qaldırır.
Arterial təzyiqi və ürək döyüntüsünü normada saxlayır.
Tənəffüs sisteminin fəaliyyətini normallaşdırır.
İmmuniteti qaldırır.
Beyin dalğalarının aktivliyini normallaşdırır.
Gümrahlıq və enerji verir.
Hüceyrə səviyyəsində qocalmanın sürətini aşağı salır.
Müxtəlif tip asılılıqları, o cümlədən yemək, narkotik və alkoqol asılılığını aradan qaldırmağa kömək edir.
Psixoloji təsiri:
Yoqa xoşbəxtlik gətirir. Yoqa bədəndəki xoşbəxtlik hormonu sayılan
seratonini aktivləşdirir. Bu baxımdan psixoloji problemləri və
depressiyada olanlara müsbət təsir göstərir. Stress hormonlarının
sintezini aşağı salır.
Narahatlıq, gərginlik, stress və depressiyanı aradan qaldırır.
Müxtəlif qorxular, o cümlədən ölüm qorxusunu zəiflədir və aradan qaldırır.
Həyatdan həzz alma hissi və əhval-ruhiyyəni yüksəldir.
Özünə inam hissini bərpa edir və yüksəldir.
Diqqətsizlik problemini aradan qaldırır və diqqəti cəmləmək bacarağını yüksəldir.
Emosiyaları və özünü idarəetmə bacarığını inkişaf elətdirir.
İntellekt və analiz qabiliyyətini yüksəldir.
İnsanı nifrət, qəzəb, qısqanclıq kimi neqativ və zərərli hisslərdən azad edir.