Oğlan qızı niyə sevir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 18 347
Səs ver:
(səs: 1)
1.İDEAL BƏDƏN

Qarşınızdakı kişinin sizdə ikinci olaraq diqqət yetirəcəyi şey vücud cizgilərinizdir. İdeal bədən cizgiləri olaraq şərh etdikləri 90-60-90a yaxınlaşa bilirsinizsə, onsuz da bir çox rəqibinizi geridə buraxdınız deməkdir. Ancaq unutmayın ki bəzi kişilərdə ideal bədən anlayışı dəyişər. Qısa boylu, çox da arıq olmamaq ya da çox uzun boylu olmanız seçim səbəbi ola bilər; o da sizin şansınıza qalıb!

2.GÖZƏL BİR ÜZ

Sıra gəldi üzünüzə... Tanış olduğunuz adamın yavaş yavaş araşdırmağa başladığı üzünüzün təbii bir gözəlliyinin olması, gözlərinizin, qulaqlarınızın və burnunuzun üzünüzlə mütənasib olması, sizi bu seçimdə keçirəcəkdir. Gözlərinizin və dodaqlarınızın gözəlliyi, bu mərhələdə ayrı bir əhəmiyyət daşıyar. Dodaq qalınlığınız, danışarkən istifadə etdiyiniz mimikalar, gözlərinizin iri ya da kiçik olması yenə seçimlərə təsir edəcək.

3.EHTİRAS

Bu qədər addımdan sonra partnyorunuz sizdən ehtiras və şəhvət də gözləyəcək. Ona müsbət yaxınlaşmanız, birlikdə olduğunuzun hər anı əyləncəli etməniz daha yaxşı olar. Bu şərtlər altında yanınızdakı kişi, ən xoşbəxt kişi sayıla bilər.

4.HÖRMƏT

Digər həmcinslərinin yanında onu hörmətdən salacaq zarafatlar etməniz böyük yalnışdır! Kişilər belə bir hərəkəti hörmətsizlik olaraq şərh edər. Gözündəki dəyərinizin azalmasını istəmirsinizsə, ona başqalarının yanında hörmətli davranmalı, hətta arada bir tərifləməlisiniz.

5.ZARAFAT ANLAYIŞI


Qarşınızdakı kişinin yüzünü güldürən hər şeyə yaxşı bir reaksiya verməlisiniz. Əgər çox zarafatcıl bir insan deyilsə, onda bu qədər gülümsəməsinə hörmət göstərərək sizin də gülməniz bir jestdir. Hələ də etdiyi pis zarafatlarda belə ona yaxşı reaksiyalar verməniz, özünü yanınızda rahat hiss etməsini təmin edəcək. Əgər güldürən adam sizsinizsə, dostlarının ən sevdiyi insan ola biləcəyinizdən sizi əsla yanından ayırmayacaq.

alt6.ZƏKA VƏ ÖZÜNƏ GÜVƏN

Ağıllı qadın adətən kişilər üçün problemdir, amma bu yalnız qısa müddətli əlaqələr üçün keçərlidir. Əgər qarşınızdakı kişi uzun müddətli bir əlaqə axtarışındadırsa, ağıllı olmanız və özünüzə güvənməniz sizi daha cazibədar edəcək

7.DÜRÜSTLÜK VƏ GÜVƏN

Qarşınızdakı adamın uzun müddət yanınızda olmasını istəyirsinizsə, əvvəl ona güvənməli və pilləli olaraq dürüst olmalısınız. Bu söz onu qəsd edir ki, köhnədə qalan əlaqələrinizi və pis anlarınızı ilk günlərdə izah etməmək, bir-birinizi tanıyıb nə qədər güvənə biləcəyinizi anladıqdan sonra mərhələ mərhələ paylaşmaqdır. Kişi özünə güvənən və dürüst bir qadınla birlikdə olmaqdan xoşbəxt olacaq, hətta sizə deməsə də sizinlə qürur duyacaq.

8.QIZIL KİMİ BİR ÜRƏK


Kişilərin pis günlərində qadınlar ümumiyyətlə gündəlik planlarını tətbiqə davam edərlər. 'Nə, niyə, nə səbəbə, nə üçün, nəyin var, nə olub' kimi sualları istifadə etmədən özlərini anlayacaq bir qadına ehtiyac duyan kişilər, belə birini tapdıqlarında isə əsla buraxmaq istəməzlər.

9. TƏBİİ Kİ EŞQ,SEVGi!!!


Bəzi kişilər ilk üç maddədə xoşbəxtliyi tutarkən, çoxu kişi isə eşq axtarar. Özünə sadiq, cazibədar, ehtiraslı, gözəl, etibarlı, şəfqətli və ən önmlisi özünə aşiq bir qadın tapdıqlarında, axtardıqları xoşbəxtliyi tapmış olarlar. Ancaq bunların hamısının bir yerdə toplandığı bir qadın tapmaq olduqca çətin olduğundan, onlar bu sadalananların 5-i ola biləcək bir qadınla həyatlarına uzun müddət davam edələr
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 18 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri