Ev işləri görmək kişini yataqdan soyudur

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 4 407
Səs ver:
(səs: 4)
Yəqin ki, bütün qadınlar ev işlərində onlara yardımçı olan həyat yoldaşı ilə ailə qurmaq istəyərlər. Bu yaxınlarda "American Sosiological Review” da yer alan bir məqalə isə ev işlərində xanımlarına yardımçı olan kişilər haqqında maraqlı məqamlar üzə çıxarıb.

Aparılan araşdırmalara əsasən ev işləri ilə məşğul olmaq kişilərin seksə olan marağını azaldır. Bunun əksinə olaraq, qadınlar nə qədər ev işi görsələr də, onların cinsi istəkləri azalmır. Ev işi ilə məşğul olan qadın və kişinin seksə olan marağını müqayisə etsək, vəziyyətdən asılı olmayaraq qadınların cinsi istəklərinin kişilərə nisbətən 1.6 dəfə güclü olduğunu görərik.

Psixoloqlar, araşdırmanın nəticələrini belə izah ediblər. "Məişət qayğıları, ev işləri ilə məşğul olmaq kişinin özünü daha incə hiss etməsinə səbəb olur. Bu isə kişinin özünə olan inamına, özünü əsil kişi kimi hiss etməsinə mane olur. Bu zaman kişi qadının gözündə necə görünəcəyini bilmədiyi üçün yataqda da hakimiyyəti ələ almağı bacarmır”.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri