Körpədən sonra cinsi həyat

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 9 461
Səs ver:
(səs: 6)
Dünyaya körpə gəldi və o gələli hər şey daha da gözəlləşdi....
Gözəlləşməsinə rəğmən, yataq otağı üçün də eyni şeyi söyləmək mümkünmü?
Evli cütlərin cinsi həyatı haqqında yazılan, çəkilən, eşidilən, ya da görülən bir çox əfsanələr var. Belə ki, uşaqdan sonra cütlərin yataq otağı monotonlaşır, sevişmə saatları həftədə bir dəfəyə düşür...
Bunların nə qədər doğru olması dəqiq olmasa da, körpədən sonra evliliyin, xüsusilə də cinsi həyatın şəklinin dəyişdiyi doğrudur. Beləliklə, iki adamın arasına girən üçüncü adam uşaqsa, köhnəsinə yaxın bir cinsi həyata qovuşmaq illər ala bilir.
Hamiləlik əsnasında və doğum sonrasında ana-ataların cinsi həyatlarında çətinliklər yaşana bilir.
Uşaqla yatmağa davam etmək ana-ataların cinsi həyatına mənfi təsir edə bilir.

Bəzən belə bir sual ana və atanı narahat edir ki, cinsi həyatı yaşadığında uşaq çox kiçik olsa da bunu anlarmı? Neçə yaşına qədər uşaqla eyni yataqda və ya otaqda yaşana bilir?

Əvvəla uşaqla eyni yatağı paylaşmaq elə də "pis" bir vəziyyət deyil. Amma çox gec yaşlara qədər davamlı olaraq eyni yataqda və ya otaqda yatmaq uşağın bəzi bacarıqlarının inkişafına maneə törədə bilir. Bizim mədəniyyətimiz baxımından, uşağın davamlı olaraq ana və atayla eyni yataqda və ya eyni otaqda yatma müddətinin 2-3 yaş aralığında sonlanması idealdır. Uşağın nizamlı olaraq məktəbə və ya körpələr eviyə getməyə başlamadan əvvəl öz başına etibarlı bir şəkildə yatmağı öyrənməsi bir tərəfdən uşağın, bir tərəfdən də ana və atanın özünü yaxşı hiss etməsini təmin edir.
Uzun və davamlı olaraq uşaqla ana və atanın eyni mühitdə yatması hər uşaq üzərində eyni təsirləri göstərmir. Amma uşağın ətrafındakılarla əlaqələrindəki sərhədləri öyrənməsi çətinləşir. Özünün və ya qarşıdakının xüsusi sahəsinin harada başlayıb harada bitdiyini öyrənməsinin ən asan yolu "bura sənin, bura mənim" demək olur. Bundan başqa, uşaqla eyni yataqda yatmaq, uşağın öz başına bir fərd olmasını gecikdirən bir vəziyyətdir.
Uzun müddət ana-atasıyla yatan uşaqlarda özünə inam, və güvən hissinin inkişafı gecikir.

Otağını ayırarkən nələrə diqqət yetirmək lazımdır?
Ana və ata yatağı və ya otağı ayırmağa hazır olduğundan əmin olmalıdır. Adətən valideynlər hazır olmadığı üçün bu müddət uzanır. "Qıya bilmədim, çox ağladı, dözə bilmədim, bu gecə də bizimlə yatsa bir şey olmaz" kimi cümlələr uşaq üçün müddətin get-gedə çətinləşməsinə səbəb olur.
Buna görə də əvvəlcə otaqları niyə erkən ayırmadığınızı unutmayın, uşağınızın fərdiləşmə müddətini, özünə inamını dəstəkləmək ilk məqsədiniz olmalıdır. Hirsli bir mövqe bu məqsədi dəstəkləməz. Pilləli bir müddət yaşamaq daha doğrudur. Yatana qədər yanında qalmaq, yanında oturmaq, yatağına qədər yoldaşlıq etmək, həftə sonu bir gün birlikdə yatmaq kimi qərarlar mərhələli bir keçiddə yaxşı ola bilir. Mərhələlər arasında keçidlərin dəqiq olması və uşağınızın keçidi fərq etməsi lazımdır.

Uşaq birlikdə yatmaqda israrçı olsa nə etməli?

Əsaslı və davamlılıq göstərmək şərtdir! Uşağın israr etməsi vəziyyətə uyğunlaşmasında çətinlik çəkmək mənasını verir. Bunun üçün tutarlı bir şəkildə, təyin etdiyiniz proqrama uyğun hərəkət etməniz, uşağınızın sizə və beləcə özünə güvənməsini təmin edər. Sözlərinizi davamlı dəyişdirməniz sizi uşağınızın gözündə etibarsız edə bilər.
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 9 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri