Evli cütlüklərin nəzərinə: intim həyatınızı canlandırın!

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 7 137
Səs ver:
(səs: 3)
Monotonlaşan cinsi həyatınızı bir az canlandırmaq istəyirsiz? O halda evli cütlüklər əməl etsin.

Cinsi pəhrizə əməl edin.
Seksə ara-sıra fasilə vermək cinsi enerji və istəyi ən yüksək nöqtəyə çatdırır. Bununla həm bir-biriniz üçün darıxacaq, həm də monoton cinsi həyatınızı canlandırmış olarsız. Başdan çıxarmanın zövqünü yenidən yaşamaq şansı yaranacaq. Bunun sayəsində adi bir toxunuş bütün istəkləri alovlandıracaq.

Bir-birinizi əzizləyin. Münasibətlər yaradıcılıq istəyir. Sürprizi hər dəfə qarşı tərəfdən gözləməyin, bu dəfə siz edin. Sürpriz sadəcə qutudakı hədiyyələrdən ibarət deyil.  Zaman-zaman fərqli alt paltarları da ehtirasınızı artıracaq.

Öpüşərək təhrik edin. Yumşaq, dərin, zərif, həssas, sürətli, yavaş! Öpüş ön sevişmə ritmini və sevişmənin tərzini təyin edir. Adi bir öpüş belə, seks istəyini artırır.

Cəsur olun. İlk dəfədən bütün fantaziyalarınızı ortaya qoymağı heç kimi gözləmir. Utancaqlıq, qadınsal bir qərarsızlıq və cəsarətin birləşdiyi bir cazibə onu valeh edəcək. Qarşınızdakı insanın gözlərinin içinə baxmaq, normaldan daha yaxın durmaq, ilk öpüşü başlatmaq, rəqs edərkən başınızı çiyninə qoymaq sizi adiləşdirməz. Bir az daha cəsur olmaqda problem yoxdur.

Danışqan olun! İstər küçədə gəzərkən, istər sevişərkən zarafatcıl, başdan çıxaran sözlər ehtirası artırır. Çənəsi düşük deyil, danışqan olmaq ehtirasınızı artıracaq.

Məsuliyyəti bir az da siz üstünüzə alın. Sevişmənin harda, necə, nə vaxt olacağını deyən tərəf niyə də siz olmayasız? Qaydaları dəyişməyə çəkinməyin. Bunu həmişə qarşı tərəfdən gözləmək həm onu yoracaq, həm də istəkli olub olmadığınızla bağlı tərəddüddə olacaq. Gün ərzində seksual mesaj göndərmək istəyirsizsə, gizlətməyin

Eqoist olmayın.  O qədər olmasa belə, kişilərin də qadınlar qədər ön sevişməyə ehtiyacı vardır. Kişilərin rahatlayıb seksə daha yaxşı diqqət yönəltməsi üçün ön sevişməyə şərait yaradın. Alınan zövqün maksimuma qalxmasına imkan yaradacaq.

Öz filminizi çəkin. Sevişərkən erotik filmin bir bölümünü çəkdiyinizi düşünün.

Macəraçı olun. Onu təbiət qoynundakı bir çadırda, teatr salonunda başdan çıxarmağa çalışın.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 7 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri