Qadını təmin etmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 15 197
Səs ver:
(səs: 6)
Əgər seksdən sonra qadın sizi öz söhbətləri ilə, qucaqlaşmaları ilə bezdirirsə, deməli, siz onu təmin edə bilməmisiniz. Bunu aradan qaldırmaq üçün növbəti yazını oxuyun.

Kişilər arasında belə mif yayılmışdır ki, qadınlar seksdən sonra danışmaq və qucaqlaşmağı sevirlər. Lakin alimlər artıq çoxdan bunun səbəbini təmin olunmamaqda olduğu təyin ediblər. Seksdə orqazm yaşayan qadınlar sonradan danışmağa və qucaqlaşmağa meyilli olmurlar. Bunun üçün isə biraz tər tökmək lazımdır.

1. Seksdən öncə sevişmə
Tənbəllik edib seksdən öncə sevişməni buraxmaq lazım deyil. Sürətli seks bəzən yaxşı olur amma çox nadir hallarda. Demək olar ki, qadının ehtiraslanması üçün öncə sevişmə mütləqdir. Toxunuşlar, öpüşlər, stimulyasiyalar, bunun üçün sadəcə 10 dəqiqə vaxt ayırın. Qadın daha tez seksə hazır olduğu halda, özü sizə bunu bildirəcəkdir.

2. Seks zamanı öpüşlər
Normal qadınlar öpüşməyi sevirlər. Öpüşlər onun dodaqları və sinəsi ilə çərçivələnməməlidir. Qadınlar öpüşlərdə "batmağı” sevirlər. Onun yanaqlarını, qulaqlarını, boynunu, qarnını və ayaqlarını öpün. Öpüşlər zamanı dilinizi, ağız suyunuzu, dişlərinizi və ya sadəcə nəfəsinizi istifadə edin. Hətta artıq daxil olduqdan sonra öpüşləri unutmayın. Qadınlar öpülməyi çox sevirlər.

3. Seksdə klitor
Qadının orqazma çatmasının ən effektiv üsullarından biri klitorun stimullaşdırılmasıdır. Lakin seks zamanı bu demək olar ki, mümkünsüzdür. Klitora necə təsir etmək olar? Bədənə tam yaxınlaşmaqla və yaxud əlin köməyi ilə. Klitor çoxlu sayda sinir başlıqları ilə doludur. Hərəkətlər yuxarı-aşağı, sağa-sola və ya dairəvi ola bilər. Əlləriniz ilə masaj edən zaman qadının reaksiyasına fikir verin, hərəkətlərin gücünü müəyyən edin.

4. Seksdə hərəkətlər
Seks pozaları hər iki tərəfin şəxsi seçimidir. Seks özü özlüyündə friksiyalardan ibarətdir ki, onların ortalama sayı 62 olur. "Təmiz” seksin müddəti təqribən 2 dəqiqə təşkil edir. Lakin qadın orqazmı üçün texniki daxilolma yetərli deyildir. Xaotik hərəkətlərə və sürrətə ehtiyac yoxdur. Yavaş başlayıb sonradan tempi artırmaq lazımdır. Bəzən sağ və sol dodaqcıqları qıcıqlandırın. Qısa və dərin friksiyalar yerinə yetirin. Qadının orqazma çatması zamanı friksiyaları yavaşladın ki, orqazmın gücü artsın.
(səs: 6)
Şərhlər: 1
Baxılıb: 15 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri