Kişilərdə ilk gecə qorxusu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 15 820
Səs ver:
(səs: 3)
Evliliyin ilk gecəsi uğursuzluq yaşayan və uzun müddət bununla mübarizə aparmaq çətinliyində olan cütlüklərin sayı çoxdur.

Qadınlar ilk gecə ağrı, qanaxma qorxusu yaşayarkən, kişilərdə isə xanımını cinsi baxımdan razı sala bilməmək və cinsi yaxınlıqda bacarıqsız olmaq qorxusu yaşanır.

Ümumiyyətlə, ilk gecə anlayışı çox böyüdülür. Qadınlar uşaqlıqdan ilk yaxınlığın ağrı verəcəyini, qanama olacağını öyrənərək böyüyürlər, ancaq bu qorxu sadəcə qadınlarda deyil, kişilərdə də yaşanır.

Kişilər bildirməsələr də, onlar da ilk yaxınlıqla bağlı çox düşünərlər. Özəlliklə ilk gecə bacarıqsız olma, ereksiya, ya erkən boşalma problemi ilə qarşılaşma qorxusu kişiləri daha çox bürüyür. Bu problemlərə diqqət ytirməyib müalicə almayan cütlüklər bununla ömür boyu yaşamalı olurlar.

"Cinsi yaxınlıq edə bilməmək‟ xəstəliyi ilk gecədə ortaya çıxar.

Bu xəstəlik 3 halda qarşıya çıxır.

Qadının qorxularından dolayı özünü sıxması və yaxınlığa icazə verməməsi zamanı ortaya çıxan vaginizm, kişinin psixoloji səbəblərdən dolayı cinsi yaxınlığa girə bilməməsi (sərtləşmə, bağlanma, erkən boşalma, cinsi istəksizlik) və cütlüyün cinsi məlumatının az olmasından dolayı yaranan bal ayı sindromu.

Bütün bu üç halın əsas səbəbi əslində cinsəlliklə bağlı öyrədilən mənfi düşüncə və bilgilərdir.

Qadınlar utandıqları üçün bu haqda bir şey öyrənməyə çalışmaz, kişilər isə porno film, ya internet məlumatlarından əldə etdiyi biliklərə əsasən ilk gecədən yanlış şeylər gözləyirlər. Bu problemi yaşamamaq üçün yeni evlənən hər cütlük evlənmədən əvvəl cinsəliklə bağlı doğru məlumatlandırılmalıdır.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 15 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri