Kişilər və seks haqqında bu günə kimi heç yerdə eşitmədikləriniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 32 173
Səs ver:
(səs: 5)
Məşhur bir İtaliya məsəli var: "Kişilər üçün seks pizza yemək kimidir. Dadsız və soyuq olduqda belə ləzzətli hesab edə bilər”.
 
Ancaq psixoloq Abraham Morqentaler qadınlarla kişilər arasındakı fərqi şişirtdiyimizi düşünür. Onun sözlərinə görə, cinsi həyatda kişinin və qadının istəkləri və arzuları arasında elə də böyük fərq yoxdur. Müəllifi olduğu "Why Men Fake It" adlı kitabında kişilər və seks haqqında bu günə kimi heç yerdə eşitmədiyimiz məlumatlara yer verən Abraham bəzən kişilərin də qadınlarla eyni problemlərlə üzləşdiklərini bildirir.

Psixoloq xəstələrindən birinin davamlı olaraq cinsi əlaqə zamanı orqazmı təqlid etmək şikayəti ilə gəldiyini deyir.

"Əsasən qadınların orqazmı təqlid etdiklərini, kişilərin belə adətləri olmadığını düşünürük. Ancaq bir çox kişi orqazmı təqlid edir. Bunun bir çox səbəbi ola bilər”.

Abrahamın sözlərinə görə, kişilərlə qadınların orqazmı təqlid etmə səbəbləri oxşardır.

"Bəzən kişilər də qadınlar kimi orqazm ola bilməyəcəklərini hiss edirlər. Onlar çox sərxoş olanda, gərgin iş rejimində işləyəndə və ya bəzi dərmanların təsiri ilə orqazm olmaqda çətinlik çəkirlər.

Orqazm təqlidi edərək partnyorlarına heç bir problem olmadığını sübut etməyə çalışırlar. Həm də düşünürlər ki, orqazm ola bilməsələr sevgilisi və ya həyat yoldaşı özünü pis hiss edəcək, onu sevmədiyini düşünəcək.

Bəzən kişilər boşalmadan da orqazm ola bilirlər. Şəkər xəstəsi kişilərdə bu hal daha çox müşahidə olunur. Həmçinin tantirik seks üsulundan istifadə edən kişilər də boşalmadan orqazm ola bilirlər.

Abraham öz kitabında kişilər və seks haqqında hamını təəccübləndirən bir məsələyə daha toxunub. Onun sözlərinə görə, kişilər sadəcə 40 yaşdan sonra deyil, elə gənc yaşlarda da erreksiya problem ilə üzləşə bilirlər.

Psixoloq gənc kişilərin 20 faizində tez boşalma problem olduğunu bildirir.

Abraham kişilərin həmişə seksə hazır olmadıqlarını deyir. Onun müşahidələrinə görə, kişilər də qadınlar kimi bəzən seksə "yox” deyə bilərlər.

Abraham kişilərin yataqda eqoist olması fikri ilə də razılaşmır. O, xəstələri ilə söhbətlərindən yola çıxaraq kişilərin də qadınlar kimi partnyorlarını təmin etmək üçün əllərindən gələn hər şeyi etdiklərini vurğulayır.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 32 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri