Son zamanlar özünüzdə cinsi istəksizlik hiss edirsizsə, bu səbəblərə nəzər yetirin.
Doğum həbləri. Bu dərmanlardan istifadə edən bəzi qadınlar seksual motivlərinin itdiyini düşünürlər.
Antidepressant istifadə edən hər qadın cinsi istəyində azalma görməsə də, bu hal bəzi qadınlarda yaşanır.
Uşaq əmizdirmək. Prolaktin hormonu seksə olan marağı azaldır.
Yuxusuzluq. Qadınların çoxu üçün yuxu seksdən vacibdir.
Stress. Maliyyə sıxıntıları, işdəki, həyatdakı bəzi problemlərdən dolayı hər birimiz stress yaşayırıq. Stress artdıqca hər qadın seksi çıxış yolu hesab etmir.
Cütlüklər arası problemlər. Bu problemlər seks üçün mühüm rol oynayır.
Testesteronun azlığı. Testesteron hormonunun az, ya çox ifrazı cinsi istəklə əlaqəlidir.
Yüksək SHGB. Bir qadında yüksək dərəcədə seks hormonu olarsa, onun cinsi istəyi aşağı düşə bilər. Bunun səbəbi SHGB-nın testesteron hormonu ilə birləşib libidonu aşağı salmasıdır.
Səmimiyyətdən qorxmaq. Seks zamanı olan səmimiyyət cütlüklərin əsas problemidir və seks arzusunu azaldır.
Xarici görünüş. Qadınlar güzgüyə baxarkən özlərini cəzbedici hesab etmirlərsə, kişinin də onları bəyənmədiklərini düşünə bilərlər.